SİYASƏT
Deputatlığa namizədliyini irəli sürənlərdən 911 nəfəri imza vərəqəsi alıb VİDEO
Bakı, 24 iyul, AZƏRTAC
Milli Məclisə növbədənkənar parlament seçkilərində iştirak üçün 1162 nəfər müraciət edib, 999 nəfərin isə namizədliyi təsdiqlənib. Onlardan 395-i siyasi partiyaları təmsil edir. Ümumilikdə 24 siyasi partiyadan 449 nəfərin namizədliyi irəli sürülüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyulun 24-də keçirilən iclasında söyləyib.
O bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 911 nəfəri imza vərəqəsi alıb, 111 nəfər isə imza vərəqələrini qaytarıb.