3142 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib
Bakı, 9 fevral, AZƏRTAC
Ötən il inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 3121 hektar torpaq sahəsinin icarəyə, 21 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 9-da keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) illik məruzəsində öz əksini tapıb.
Məruzədə qeyd edilib ki, 2025-ci il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib. Nəticədə 2057 hektar örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [15:41]
Bakıda yeniyetmələrə qarşı soyğunçuluq edən şəxs saxlanılıb VİDEO
- 09.02.2026 [15:38]
Təzəbinəyə qayıdışın sevinci... VİDEO
- 09.02.2026 [15:19]
Baş prokuror Kamran Əliyev Türkiyəyə işgüzar səfər edib
- 09.02.2026 [14:46]