Birol Akgün: Xocalı qətliamı tarixə insanlıq adına qara ləkə olaraq düşüb VİDEO
Bakı, 26 fevral, AZƏRTAC
Xocalıda qətliam 33 il əvvəl yaşanıb. O gün erməni silahlı birləşmələri tərəfindən 613 mülki və günahsız sakinin qətliamı ilə nəticələnən faciənin və şəhidlərimizin acılarını hələ də ürəyimizdə hiss edirik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün deyib.
“O gün çox sayda Azərbaycan vətəndaşı əsir götürüldü və itkin düşdü. Bu qətliam insanlıq tarixinə qara ləkə kimi həkk olundu. Biz hər zaman Azərbaycan xalqının acılarını paylaşmışıq və paylaşmağa davam edirik. Şəhid olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Belə faciələrin bir daha yaşanmaması üçün Türkiyə və Azərbaycan qardaşlığını daha da möhkəmləndirməyə səy göstəririk”.