ICESCO-nun nümayəndəsi: Azərbaycan multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsində dünyaya nümunə göstərir VİDEO
Bakı, 23 avqust, AZƏRTAC
Beynəlxalq Multikulturalizm Gənclər Forumunun Azərbaycanda keçirilməsinə çox şadam, bu, düzgün seçimdir. Ona görə ki, Azərbaycan multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsində dünyaya nümunə göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ICESCO-nun Sosial və Humanitar Elmlər Sektorunun İnsan İnkişafı Şöbəsinin müdiri Dinara Quliyeva söyləyib.
O, dünya ölkələrindən 70-dək gəncin qatıldığı II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun böyük fürsətlər yaratdığını qeyd edib.
D.Quliyeva bildirib ki, gənclər arasında mədəniyyəti paylaşmaq, körpü yaratmaq, həmçinin forumu Xankəndi və Şuşada keçirmək önəmli hadisədir.