Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sonsuz sükut” yaşayan keçmiş məcburi köçkün: Elə bilirdim ki, valideynlərim səsimə cavab verəcəklər VİDEO

Bakı, 10 sentyabr, Günel Türksoy, Azər İbrahimov, Mirrəsul Cəfərov, AZƏRTAC

“İtmiş ailə: məzar da yoxdur, səda da gəlmir”. Bu, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Cenevrədə “Sınıq stul” abidəsi qarşısında keçirdiyi aksiyada səsləndirilən şüarlardan biridir...

Azərbaycanda çox sayda ailə hələ də bu şüarda qeyd edilənlərə oxşar tale yaşayır. Buna səbəb isə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzdür. Belə ki, Qarabağ müharibəsində 3 min 990 nəfər Azərbaycan vətəndaşı itkin düşüb, onlardan 6-sı 44 günlük Vətən müharibəsi zamanı itkin düşənlərdir. İtkin düşmüş şəxslər arasında 71 uşaq, 284 qadın və 316 qoca da var.

Qarabağda yaxınlarını itirən və hələ də onlardan xəbər ala bilməyənlərdən biri də Laçın rayonunun Şamkənd kəndində anadan olan, hazırda Sumqayıt şəhərində yaşayan keçmiş məcburi köçkün 53 yaşlı Zəminə Əliyevadır. O, 21 yaşında olarkən atası Yusif Əliyevi və anası Qənirə Əliyevanı eyni gündə itirib.

Laçının işğalı və “Tunel”də yoxa çıxan valideynlər

Zəminə xanım AZƏRTAC-ın əməkdaşları ilə söhbətində xatırlanması çox ağır olan həmin günü özü üçün “sonsuz sükutun başlanğıcı” adlandırdığını bildirib və göz yaşlarına hakim ola bilməyib: “1992-ci il mayın 18-də Laçın şəhəri ermənilər tərəfindən işğal edilib. Amma şəhərin bəzi kəndlərinin, eləcə də ucqar dağ kəndi olan Şamkəndin sakinləri öz yurdlarında qalaraq ermənilərə qarşı müqavimət göstəriblər. Mənim atam uzun illər kəndin icra nümayəndəsi, sovxoz direktoru işləyib. Anam bağça müdiri olub. Mən o zaman yeni ailə həyatı qurmuşdum. Ağdamda yaşayırdım. 2 qardaşım və 3 bacım da hadisələr vaxtı köçüb, Mingəçevirdə yerləşmişdilər. Biz valideynlərimizə hər dəfə deyirdik ki, yanımıza gəlsinlər. Amma gəlmədilər və belə bir ağır hadisə baş verdi. Belə ki, 1993-cü ildə qəflətən xəbər gəlib ki, artıq ermənilər Kəlbəcəri də işğal ediblər. Bizimkilərin gediş-gəliş yolu bağlanır. Deyiblər ki, camaat kəndləri tez boşaltsın. Atam həmkəndlilərinin kənddən çıxışını təşkil etdiyinə görə bir qədər ləngiyib. Tənha yaşayan Həvvaxanım nənəni belə kənddə tək qoymayıb. Atam camaata deyirmiş ki, onu gətirəcək və qulluğunda dayanacaq. Amma elə oldu ki, Həvvaxanım nənə sağ gəlib çıxdı, atam gəlmədi... Bibim qızı Səma da kənddə qalanlardan biri olub. O hamilə idi, eyni zamanda, qucağında azyaşlı körpəsi var idi. Onu da ermənilər həmin gün silahla vurublar. Ancaq onun nəşini Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri götürmüşdülər. Bətnindəki körpəsi də öldü. Bizə o zaman ermənilər səyyar radiostansiya ilə xəbər verib, lağla dedilər ki, Səmanın oğlan övladı olub. Yaşyarımlıq qız körpəsini də vurmuşdular, onun gözləri kor olmuşdu. Həmin qız - Nurlana sağ qaytarıldı, nənəsi ona baxdı. O, universiteti bitirib, indi müəllim işləyir. Beləliklə, 1993-cü il martın 31-də atamgil “Tunel” yolu ilə “UAZ” markalı maşınlara minib gəlmək istəyərkən faciə ilə qarşılaşıblar. “Tunel”lə bizim kəndin arasında 2 saat yarımlıq məsafə var idi. “Tunel”dən çıxmaq çox çətin idi. Ermənilər “Tunel”in girişində pusquda dayanıblarmış. Onlar “UAZ”ı “Tunel”ə girəndə vurublar. Əmim o zaman döyüşürdü. Ona xəbər gəlir ki, “Tunel”dəki maşınları vurublar. O da 3 nəfər döyüşçü ilə köməyə gələndə ermənilər onları da vurublar. Onların da nəşləri hələ tapılmayıb. Əmimin şəhid olduğu rəsmən təsdiqlənib. Atam da şəhid olub. Amma şahidlər anamın maşınla aparıldığını görüblər. Çünki bibim qızı Səmanı Qızıl Xaç Komitəsinin nümayəndələri yaralı halda götürüblər. Səma yaralandıqdan sonra məktub yazıb, ailəsinə göndərmişdi. O bildirmişdi ki, atamın yaralandığını görüb. Həmçinin ermənilər anamı avtomatın qundağı ilə vuraraq, maşına mindirmək istəyiblər. Ancaq anamın ayaqları tutulubmuş, gedə bilmirmiş, qanı axırmış. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri həmin vaxt gəlib yaralıları, meyitləri “KamAZ” markalı maşınla aparıblar. Lakin anamdan bu günədək xəbər yoxdur və o, itkin kimi qeydə alınıb”.

Ata, ana ilə sonuncu görüş və cavab verilməyən hayqırtı

Zəminə Əliyeva bildirib ki, valideynləri bu hadisədən bir həftə əvvəl Ağdama - onlara qonaq gəliblər. Həmin vaxt o, dəfələrlə onlardan geri qayıtmamalarını xahiş edib. Lakin valideynləri doğma yurd yerlərinə qayıdıblar: “Atama yalvararaq dedim ki, getməsin, birdən ermənilər nəsə edərlər. Amma o, “Ay bala qorxma, erməni kimdir ki, bizə nəsə etsin!”, - dedi və getdi”.

Onun sözlərinə görə, 3 il əvvəl Laçına gedib. Orada ermənilər tərəfindən törədilən vəhşiliklər isə onu dəhşətə gətirib. “Oraya gedənədək elə düşünürdüm ki, atam, anam, əmim hələ də kənddədirlər. Bizi gözləyirlər. Elə bilirdim ki, onlar dağlardadır, gedib möhkəm hayqırsam, səsimə cavab verəcəklər. Çox çətinliklə Laçına getdim. Xaraba qalmış evimizi, ətrafı görəndə bağrım yarıldı. Məni axşam apardılar ki, həmin yerləri dərhal görməyim. Oraları görəndə elə bir nalə çəkdim ki... Qardaşım da 3 il əvvəl Laçına getdi və infarkt keçirdi. Oradan gələndən indiyədək müalicə alır”, - deyə o diqqətə çatdırıb.

Həmsöhbətim deyib ki, hər il martın 31-də böyük qardaşıgildə toplaşaraq valideynlərini yad edirlər: “Onu da deyim ki, nənəm və babam bizimlə yaşayırdılar. Nənəm müharibə başlamamışdan əvvəl vəfat etdi. Babam isə bizimlə birlikdə Bakıda köçkünlük həyatı yaşadı. O, 3 dəfə infarkt keçirdi. Sonuncu dəfə infarkt olanda 9 gün çox ağır vəziyyətdə qaldı. Yalnız atamın şəklini sinəsinin üstünə qoyandan sonra canını tapşırdı”.

Yaşadılan xatirələr və yollara dikilən gözlər

Atasının el-oba içərisində sayılıb-seçilən şəxslərdən biri olduğunu xatırladan müsahibim onun el-obaya qarşı həmişə humanistlik nümayiş etdirdiyini qeyd edib. Buna görə də o, Laçında atasının adının hansısa formada əbədiləşdirilməsini istəyir: “Elə bir gün yoxdur ki, valideynlərim yadıma düşməsinlər. Əvvəllər ən çox atamı yuxuda görürdüm. Özü də ən çətin günlərimdə... Bir dəfə yuxuda atam məni böyük qara saçaqlı şala bürüdü. Həmin yuxudan sonra həyatımda yeni faciələr baş verdi. Həyat yoldaşım I Qarabağ müharibəsində, Ağdamda şəhid oldu. Daha sonra iki yaş yarımlıq övladım qaynar suya düşdü və vəfat etdi”.

Zəminə Əliyeva valideynləri ilə keçirdiyi xoş günləri də xatırlayıb: “Həyətimizin qapısının girişində yelləncək var idi. Atam şəhid əmimin oğlunu hər axşam işdən gələndən sonra həmin yelləncəkdə yelləyərdi. İkimərtəbəli evimiz var idi. Həyətimizdə olan meyvələri dərib, qış ehtiyatı üçün yuxarı mərtəbədə saxlayardıq və s.”.

Həmsöhbətim sonda deyib ki, indi valideynlərinin 18 nəvəsi, 11 nəticəsi var. Onlar babaları ilə fəxr edirlər. Kiçik qardaşı isə oğluna atasının, qızına anasının adını qoyub. O, eyni zamanda qeyd edib ki, bu ailə valideynlərinin xəyalı ilə yaşayır, onlardan xəbər alacağı günü gözləyir...

 

“Sonsuz sükut” yaşayan keçmiş məcburi köçkün: Elə bilirdim ki, valideynlərim səsimə cavab verəcəklər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şərqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir VİDEO

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir VİDEO

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilib  YENİLƏNİB 2 VİDEO

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır VİDEO

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır VİDEO

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub