İntiqam Babayev: Ramiz Quliyevin Azərbaycan musiqisinin tanıdılmasında əvəzsiz xidmətləri olub VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Xalq artisti Ramiz Quliyevin vəfatı xalqımız üçün, mədəniyyətimiz üçün böyük itkidir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.
O, Xalq artistinin Azərbaycan musiqisinin tanıdılmasında əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.
“Ramiz Quliyev öz peşəkar ifası ilə Azərbaycan milli musiqisini dünya arenasında təbliğ edib, yüzlərlə tələbə yetişdirib. Çox yüksək pedaqoji qabiliyyəti vardı. Əminəm ki, Ramiz Quliyevin tələbələri onun mədəni irsini daim yaşadacaq”, - deyə o qeyd edib.