Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir VİDEO
Vaşinqton, 11 iyun, AZƏRTAC
Cənubi Qafqaz olmadan Orta Dəhliz olmaz. Azərbaycan və Ermənistandan keçən TRIPP dəhlizi Orta Dəhliz üçün fürsətdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xəzər Siyasət Mərkəzinin baş eksperti Erik Rudenşiold deyib.
O bildirib ki, hazırda Orta Dəhliz yükdaşıma qabiliyyətini demək olar ki, maksimum dərəcədə artırır.
“Biz Mərkəzi Asiyanın strateji mineral hasilatını, hər cür yükdaşımaları inkişaf etdirmək istəyini görürük. Bunun üçün daha çox tutuma ehtiyac var. Düşünürəm ki, TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir. Bu bölgənin həm Avropadan Asiyaya, həm də Asiyadan Avropaya bütün region üçün nəqliyyat mərkəzi kimi çiçəklənəcəyini görəcəyik”, - deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton