Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycanın "ASAN xidmət" mərkəzləri idarəçilik sahəsində innovasiyanın beynəlxalq səviyyədə tanınmış nümunəsi kimi çıxış edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat “İnsan hüquqlarının qorunmasında şəffaf, səmərəli və hesabatlı dövlət xidmətlərinin göstərilməsinin mühüm rolu” mövzusunda keçirilən seminarda söyləyib.
O bildirib ki, vətəndaş məmnunluğuna yönəlmiş bu yanaşma həm səmərəliliyi, həm də hesabatlılığı gücləndirib. "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır.