Əli Əhmədov: Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi qanunvericilik fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Parlament demokratiyasının inkişafı məsələləri Azərbaycan ilə Rusiya arasında əməkdaşlıqda xüsusi yerə malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, gündəlikdəki əsas məsələlərdən biri iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsidir.
Ə. Əhmədov qeyd edib: “Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və təcrübə mübadiləsi parlament fəaliyyətinin səmərəliliyinə töhfə verir və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafı üçün əlavə imkanlar yaradır”.
O, hazırkı görüşün nəticələrinin parlamentlər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə, qarşılıqlı anlaşma və etimad mühitinin möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcəyinə əminliyini bildirib.