Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək VİDEO
Bakı, 19 iyun, AZƏRTAC
Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində satışı həyata keçirilən maşınların marka və modelləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bunu "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınov Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Ona qədər yerli istehsal markalı avtomobillər utilizasiya proqramı çərçivəsində güzəştli şərtlərlə əldə edilib. Bunlar “Chevrolet”, “Isuzu”, “JAC”, “VGV”, “Bestune”, “Lada”, “UAZ”, “GAZ” və “Xəzər” markalı nəqliyyat vasitələridir. Yaxın zamanda yeni yerli marka və modelləri də əldə etmək mümkün olacaq. Yaxın zamanda Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək", - deyə o bildirib.