Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
Masallı, 23 iyun, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 41 yaşlı Emin Mahmudov saxlanılıb. Ondan 7 kiloqramdan artıq marixuana, heroin və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müxbir - İlkin Adıyev