Nazir müavini: Dövlət kritik informasiya infrastrukturunun qorunması istiqamətində ardıcıl tədbirlər görür VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
Dövlət kritik informasiya infrastrukturunun qorunması istiqamətində ardıcıl tədbirlər görür. Həmçinin tənzimləmələr aparır və artıq bunun real nəticələri də müşahidə olunur. Bu sahədə Azərbaycanın beynəlxalq səviyyədə tanınması da diqqətəlayiqdir.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Milli Məclisin İnsan hüquqları komitəsinin iyunun 24-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna nəzərdə tutulan dəyişikliklər barədə danışarkən bildirib.
O qeyd edib ki, ictimai informasiya infrastrukturunun təhlükəsizliyi kritik informasiya infrastrukturu qədər əhəmiyyət daşıyır. Bu sahədə hər hansı pozuntu ölkə, cəmiyyət, biznes və dövlət üçün ciddi risklər yarada bilər.
Fotoqraf - Aydın Məmmədov