Orxan Zeynalov: Mərkəzi Asiya ilə Azərbaycan arasında az vaxt fərqi bərpaolunan enerjinin inteqrasiyası üçün imkan yaradır VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
Mərkəzi Asiya ilə Azərbaycan arasında enerji bağlantılarının inkişafı üçün texniki üstünlüklər də mövcuddur. Regionlar arasında üç saatlıq vaxt fərqi dəyişkən bərpaolunan enerji mənbələrinin inteqrasiyası baxımından əlavə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Orxan Zeynalov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: ticarət, sənaye və əlaqə potensialının açılması” mövzusundakı panel müzakirəsində deyib.
O qeyd edib ki, Trans-Xəzər marşrutu çərçivəsində Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi yeni layihələrin də reallaşmasına təkan verə bilər.
“Azərbaycan, həmçinin Xəzər–Qara dəniz–Avropa təşəbbüsü, Azərbaycan–Türkiyə enerji bağlantısı və digər layihələrdə iştirak edir. Bu təşəbbüslər bir-biri ilə rəqabət aparmır, əksinə, bir-birini tamamlayır”,- deyə nazir müavini qeyd edib.