CƏMİYYƏT
IDEA-nın bioparçalanan paketlərini şəhərimizin alış-veriş mərkəzlərindən soruşun VİDEO
Bakı, 12 fevral (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi artıq bir neçə aydır ki, Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsini reallaşdırır.
AZƏRTAC xəbər verir ki, adi polietilen paketlərdən fərqli olaraq bioparçalanan paketlər təbiətə atıldığı vaxt asanlıqla çürüyür və torpağa qarışır. Yəni, plastik və ya polietilen paketlər torpaqda yüz illərlə qaldığı halda, bioloji parçalanan paketlər qısa müddət ərzində torpağa qarışır və ətraf mühitə, demək olar ki, heç bir ziyan vermir.
Ekoloji təmiz paketlər Bakı şəhərinin “Bazarstore”, “Grand”, “Neptun”, “Premium” və “Kontinental” kimi iri marketlərinə və alış-veriş mərkəzlərinə paylanılmışdır. Alıcılar istənilən vaxt bu paketləri adıçəkilən alış-veriş mərkəzlərinin kassalarından soruşa bilərlər.