SİYASƏT
Prezident İlham Əliyev “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır VİDEO
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır.
Sərəncama əsasən beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılmışdır.