Azərbaycan Dövlət İnformasiya Agentliyi

60 il sonra: Avropa İttifaqının yeni “yol xəritəsi” (II hissə)

60 il sonra: Avropa İttifaqının yeni “yol xəritəsi” (II hissə)

(II hissə)

Bakı, 28 iyul, AZƏRTAC

Avropa İttifaqının son illər qarşılaşdığı bir sıra ciddi problemlər bu təşkilatın taleyi ilə bağlı müxtəlif ssenarilərin meydana gəlməsinə səbəb olub. Mütəxəssislər fərqli proqnozlar verirlər. Onların içərisində bədbin məzmunlu olanlar az deyil. İtaliyanın paytaxtı Romada təşkilatın 60 illiyini qeyd etməyə toplaşmış 27 üzv dövlətin rəhbərləri də bununla bağlı geniş müzakirələr aparıblar. Yekunda yeni bəyannamə imzalanıb. Sənəddə təşkilatın gələcəyi ilə əlaqədar maraqlı məqamlar yer alıb. Onların analizi göstərir ki, Aİ faktiki olaraq yeni transformasiyalar mərhələsindədir. Artıq əvvəlki şərtlər daxilində fəaliyyət göstərmək səmərəli deyil. Lakin başlıca çətinlik ondan ibarətdir ki, yeniləşmələrin konkret məzmunu aydınlaşmayıb. Çünki ortada kifayət qədər problemlər vardır. Bu məsələlər üzərində dayanmağa ciddi ehtiyac görürük.

Dörd istiqamət: inkişafın konkret yolları?

Birinci istiqamət kimi təhlükəsizlik məsələsi göstərilib. Aİ Avropanı tam təhlükəsiz məkana çevirmək niyyətindədir. Bütün vətəndaşlar özünü təhlükəsiz hiss etməli və sərbəst hərəkət etmək imkanına malik olmalıdırlar. Xarici sərhədlər müdafiə edilməlidir. Səmərəli və dayanıqlı miqrasiya siyasəti yaradılmalıdır. Beynəlxalq normalara ciddi əməl edilməlidir. Terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparmaq gərəkdir.

Deməli, Avropa İttifaqı yaxın 10 il üçün əsas təhlükəni terrordan və mütəşəkkil cinayətkar qruplardan gözləyir. Onda proqnoz vermək olar ki, Qərbdə yaxın perspektivdə Yaxın Şərq, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada terror təhlükələrinin aradan qaldırılmasına az ehtimal verilir. Hətta burada onun Avropaya sirayət edəcəyini də gözləyirlər. Aİ üçün bu, kifayət qədər təhlükəli vəziyyətdir. Çünki terror faktiki olaraq təşkilatın infrastrukturunu iflic etməkdən savayı, insanların psixologiyasını da dəyişə bilər.

Burada Qərb cəmiyyətlərində islamofobiyanın genişlənməsinin mənfi rolunu mütləq qeyd etmək lazımdır. Görünür, bu kimi məqamları nəzərə alaraq Almaniyanın kansleri A.Merkel Türkiyənin miqrasiya siyasətinə dəstək verməyin vacibliyini bir daha vurğulayıb. O halda yaxın 10 il üçün Avropada təhlükəsizliyin təmini məsələsinin taleyi haqqında birmənalı proqnoz vermək çox çətin görünür. Roma bəyannaməsinin bu bəndi şübhələr yaradır.

Təhlükəsizlik məsələsinin birinci sıraya çəkilməsi onu təsdiq edir ki, Avropa İttifaqı üçün iqtisadidən çox, siyasi-ideoloji və hərbi amillər önəm daşımağa başlayıb. Belə olan halda təhlükəsizliyin təmin edilməsi mürəkkəb bir vəzifəyə çevrilir. Əsas məsələ qlobal miqyasda təhlükəsizlik sisteminin formalaşma mexanizmi ilə birbaşa bağlı hala gəlir. Bu sahədə isə problemlər kifayət qədərdir. Onların necə həll ediləcəyi isə aydın deyil.

Son zamanlar böyük güclər arasında mübarizənin kəskinləşməsi bir sıra bədbin nəticələr çıxarmağa əsas verməkdədir. Hətta analitiklər III Dünya müharibəsinin başlamasından da ehtiyat edirlər. Silahlanma yeni səviyyəyə yüksəlir. Yeni ölkələr nüvə silahına sahib olur. Qüvvələr balansı pozulur. Proqnozlara görə, yeni qüvvələr balansının yaradılması vaxt alacaq. Həm də əsas güclər sırasında Aİ-nin adı çəkilmir. Amerikalı analitiklər başlıca olaraq ABŞ-Rusiya-Çin “üçbucağı”ndan bəhs edirlər. Bu o deməkdir ki, Qərbin özündə Aİ-nin geosiyasi mövqeyi barədə vahid fikir yoxdur. O halda Avropa ümumi təhlükəsizliyi hansı prinsip üzrə möhkəmləndirəcək, aydın deyil.

İkinci istiqamət çiçəklənən və dayanıqlı Avropanın yaradılmasını nəzərdə tutur. Burada əsas olaraq sosial-mədəni və iqtisadi inkişafdan söhbət gedir. Yeni iş yerləri açılmalıdır. Vahid bazar ideyası inkişaf etməlidir. Texnoloji yeniliklər tətbiq olunmalıdır. Sabit, möhkəmlənən vahid valyuta formalaşdırılmalıdır. Rəqabətədavamlılıq yeni səviyyəyə yüksəldilməlidir. İnnovasiyalar sahəsində ciddi irəliləyişlər əldə edilməlidir. Sərmayə qoyuluşu, struktur islahatları və iqtisadi sistemlərin daha da yaxınlaşması baş verməlidir. Ətraf mühit təmiz olmalıdır.

Özlüyündə bu bənd kifayət qədər cəlbedici görünür. Avropa dövlətlərinin imkanları da genişdir. Ancaq maliyyə böhranı, avro ilə bağlı yaranmış vəziyyət, Yunanıstanın düşdüyü bəlalar göstərir ki, iqtisadi və sosial baxımdan vəziyyəti köklü düzəltmək xeyli problemlidir. Hələ də Aİ bütövlükdə böhrandan çıxa bilməyib. Ölkələrin inkişaf səviyyəsi arasındakı fərqlər dərinləşir. Şərqi Avropa dövlətlərinin vətəndaşlarına qarşı tətbiq edilən vergilər narazılıq yaradır. Heç də bütün partiyalar Aİ-də sosial-iqtisadi sistemin sağlam olduğunu təsdiqləmir.

Bəzi ölkələrdə işsizliyin səviyyəsi yüksək olaraq qalır. Onların azaldılması meyili isə görünmür. Avroya münasibətdə fərqli mövqelər vardır. Böyük Britaniyanın təşkilatı tərk etməsi ilə də bağlı meydana çoxlu sayda problemlər çıxır. Onların həlli istiqamətində konkret proqramlar yoxdur.

Vəziyyəti daha da mürəkkəbləşdirən Aİ-yə qonşu olan regionlarda sosial-iqtisadi durumun pisləşməsidir. Həmin bağlılıqda miqrasiya hadisəsi təşkilat üçün böyük problem olaraq qalır. Əgər bu meyil davam etsə, Aİ-nin sosial-iqtisadi inkişafı məsələsi qeyri-müəyyənliyə düçar olacaq. Terrorun artması isə bütövlükdə cəmiyyətdə radikalizmə təkan verə bilər. Nəticədə, Avropanın iqtisadi rifahı barədə proqnoz vermək olduqca riskli bir iş olar.

Üçüncü inkişaf istiqaməti sosial yönümlü Avropanın yaradılmasından ibarətdir. Dayanıqlı inkişaf iqtisadi və sosial tərəqqini təmin edir. Cəmiyyətdə birlik və yaxınlaşma artır. Daxili bazarın bütövlüyü saxlanılır. Bu, milli iqtisadi sistemlərin müxtəlifliyini təmin etmək əsasında inteqrasiyanı reallaşdırmaq deməkdir. Bütün insanların bərabərliyi təmin olunur. O cümlədən qadınlarla kişilərin hüquq bərabərliyi reallaşır. İşsizlik, diskriminasiya, sosial təcridçilik və yoxsulluq aradan qaldırılır. Gənclər ən yüksək təhsil alırlar, onların peşə hazırlığı yüksəlir. Bunlarla yanaşı, Avropada mədəniyyət irsi qorunur və mədəni müxtəliflik təmin edilir.

Şübhəsiz ki, Avropa dövlətləri sırasında sosial mahiyyətli cəmiyyətləri olanlar az deyil. Onlar vətəndaşlar üçün müasir meyarlarla kifayət qədər yüksək rifah şəraiti yarada biliblər. Lakin son illər Aİ-ni əhatə edən böhranla əlaqədar həmin istiqamətdə də kifayət qədər problemlər və çətinliklər meydana çıxıb. Onların sırasında miqrantlara qarşı münasibəti ayrıca vurğulamaq istərdik. Məsələ ondan ibarətdir ki, Avropa ölkələri miqrantların qanuni sosial təminatlarına laqeyd münasibət göstərməkdədirlər. Hətta bir sıra siyasi liderlər onlara heç bir təminatın verilməməsinə də çağırırlar. Almaniyada Frauke Petri isə sərhəddə miqrantların güllələnməsindən bəhs edir. Bu cür psixoloji durumla hansı sosialyönlü cəmiyyət yaratmaq olar?

Məsələnin digər tərəfi Aİ-yə daxil olan ölkələrin bir-birinin vətəndaşına fərqli münasibət göstərməsi ilə əlaqəlidir. Məsələn, Böyük Britaniya Polşa, yaxud Rumıniyadan gələn insanlara sosial təminat ödəməyəcəyini dəfələrlə bəyan etmişdi. Səbəbi isə ondan ibarətdir ki, həmin ölkələrdən gələn mütəxəssislərin peşəkarlıq səviyyəsi aşağıdır. Bununla yanaşı, britaniyalılar hesab edirlər ki, sosial təminat məsələsi ümumi büdcədən həll edilməlidir. Belə çıxır ki, Aİ hələ də öz idarəetmə və sosial prosesləri tənzimləmə institutlarını lazımi səviyyədə qura bilməyib. Bu problemin yaxın 10 ildə necə həll ediləcəyi də məlum deyil. Çünki təşkilata daxil olan ölkələrdə həmin problemlə bağlı fərqli yanaşmalar mövcuddur.

Onun bariz nümunələrindən biri Berlin və Parisin Aİ üzvlərinin statusa görə fərqləndirilməsi tələbində olmalarıdır. Artıq Şərqi Avropa ölkələri buna etiraz edirlər. Çünki bu halda bütün məsələlərdə ayrı-seçkilik olacaq. Təbii ki, sosial təminat da birbaşa buraya daxildir.

Bu faktlardan belə nəticə çıxarmaq olar ki, yeni Roma bəyannaməsində sosialyönümlü dövlətin yaradılması və inkişaf etdirilməsi bəndi aktualdır, onu reallaşdırmaq imkanları az deyil, lakin reallıq ondan ibarətdir ki, hələlik ortada xeyli ciddi maneələr vardır. Onların aradan qaldırılması isə yalnız Aİ-yə daxil olan dövlətlərin öz istəkləri ilə əlaqəli ola bilməz. Burada dünya siyasətinin təkamül dinamikası ilə Avropa miqyasında proseslərin inkişaf meyilləri arasında nisbətin rolunu ayrıca vurğulamaq lazım gəlir. Həmin aspektdə isə hələlik bir aydınlıq yoxdur. Mütəxəssislər qeyri-müəyyənlikdən daha çox bəhs edirlər.

Nəhayət, dördüncü inkişaf istiqamətində beynəlxalq arenada daha güclü Avropanın yaradılması ifadə olunub. Bunun üçün Aİ mövcud əməkdaşlıqları inkişaf etdirir, eyni zamanda, yenilərini də yaradır. Paralel olaraq öz sərhədləri ətrafında yerləşən ölkələrdə çiçəklənmə və sabitliyə nail olur. Yaxın Şərq regionu və Afrika da buraya daxildir. Ümumilikdə isə Aİ bütün dünyada sabitliyin və inkişafın təmininə çalışacaq. Təşkilat daha rəqabətə davamlı və inteqrə edilmiş müdafiə sənayesinin yaradılması məsuliyyətini öz üzərinə götürə bilər. O cümlədən NATO ilə əməkdaşlığı yeni səviyyəyə yüksəltməkdə maraqlıdır. İqlim dəyişikliyi ilə aktiv mübarizə aparmaq arzusundadır. Avropa öz dəyərləri ilə fəxr edən, azad və fərdi sahibkarlığı inkişaf etdirən bir məkana çevrilməlidir (bax: Римская декларация. 27 mart 2017. https://eeas.europa.eu/headquarters/headquarters-homepage/23531/rimskaya-deklaraciya_ru).

Təbii ki, Aİ-nin beynəlxalq aləmdə öz mövqeyini gücləndirməsi Avropanın maraqlarına cavab verir. Lakin vurğulanan məqamlardan aydın görünür ki, təşkilat yaxın 10 ildə dünya liderliyinə iddia etmək niyyətindədir. Bütün dünyada sabitliyin təmini, daha da birləşmiş müdafiə sisteminin yaradılması kimi amillərin arxasında bu istək dayanır. Çünki əgər məqsəddə planetar miqyaslı prosesləri yaratmaq varsa, bu, supergüc iddiasıdır. Belə nəticə çıxarmaq olar ki, yaxın perspektivdə Avropa İttifaqı ABŞ, Rusiya, Çin və Hindistana geosiyasi arenada rəqib olmağı planlaşdırır. Onun buna nail ola biləcəyi ayrı məsələdir. Əsas məqam ondan ibarətdir ki, Brüssel qarşılaşdığı çətinlikləri nəinki həll etməyə, hətta daha sürətlə inkişaf etməyə və qlobal miqyasda mövqeyini gücləndirməyə hazırlaşır.

Qeyd olunan özəlliklər fonunda Aİ-nin miqrasiya siyasətinin daha da kəskinləşə biləcəyini proqnozlaşdırmaq olar. Bu, təşkilat daxilində hərəkət azadlığının artması və fərdi biznesin inkişaf etdirilməsi fonunda baş verə bilər. Məntiqi olaraq belə nəticə almaq olar ki, yaxın perspektivdə Aİ xarici sərhədlərini gücləndirmək üçün uyğun addımlar atacaq. Lakin burada bir mürəkkəb məqam mövcuddur.

Biz, Aİ-yə daxil olan bir sıra ölkələrdə milli təcridçilik meyllərinin artmaqda olduğunu nəzərdə tuturuq. Bu meyil indi siyasi populizm formasında güclənir. Əgər həmin proses inkişaf etsə, onda Aİ daxilində həmrəyliyi, azad ticarət mühitini, sərbəst hərəkət rejimini təmin etmək xeyli çətinləşəcək. Bu halda xarici sərhədlərin qorunması önündə də müəyyən problemlər meydana çıxa bilər.

Digər tərəfdən, bəzi ölkələrin təşkilatdan çıxa bilməsi ehtimalı qalır. Böyük Britaniyanın ardınca kimlərsə eyni qərar qəbul etsə, onda Aİ-nin ümumiyyətlə mövcudluğu sual altına düşər. Həmin kontekstdə təşkilatın qonşu dövlətlərlə bağlı siyasətində axsamalar özünü göstərə bilər. İndi Aİ Gürcüstan və Ukrayna kimi ölkələrə viza sərbəstliyi tətbiq edir, ancaq daha böyük qonşu dövlətlərlə bir qədər fərqli davranır. Daha konkret desək, Aİ hələ də ikili standartlar siyasətindən imtina etməyib.

Bundan başqa, postsovet məkanı istiqamətində də Brüsselin yeritdiyi siyasətdə qeyri-müəyyənliklər qalmaqdadır. Təşkilatın Azərbaycanla yeni formatda əməkdaşlıqla bağlı danışıqlara başlaması müsbət haldır. Ancaq regionun digər dövlətləri, xüsusilə də Ermənistanla münasibətdə hansı xəttin seçiləcəyi aydın deyil. Çünki Azərbaycan ərazisinin 20 faizini işğal edən bir ölkənin münaqişə həll olunmadan Aİ ilə əlaqələrinin inkişaf etməsi normal hal olmazdı. Brüssel həmin məqamı nəzərə alıb, İrəvandan işğala son qoymağı qəti tələb edəcəkmi?

Doğrusu, buna inam azdır. İndiyə qədər Avropa İttifaqı ümumi sözlərdən o tərəfə keçməyib. Yaxın Şərqdə baş verənlər də göstərir ki, Brüsselin mövqeyini dəyişmək istəyi yoxdur. Konkret olaraq, Türkiyə məsələsində təşkilat obyektiv mövqedə görünmür. Türkiyəyə qarşı terror törədən qruplara dəstək verilir, Ankaranın daxili işinə müdaxilə cəhdləri aydın görünür. Onu da deyək ki, Türkiyə uzun illərdir ki, Avropa İttifaqına can atır. Deməli, Brüsselin xarici siyasətində özünü göstərən ikili standartların davam etməsi halında yeni Roma bəyannaməsinin 4-cü inkişaf istiqamətinin təmin olunması ciddi şübhələr doğuracaq.

Nəticə

Beləliklə, Avropa İttifaqı üçün həyati əhəmiyyəti olan yeni Roma bəyannaməsi iki mühüm məqamı bir daha təsdiqləmiş oldu. Birincisi, təşkilat 60 ildə maraqlı və dünya siyasəti üçün dəyəri olan təkamül yolu keçib. Bu müddət ərzində kifayət qədər mühüm nəticələr əldə edilib. Aİ-də inteqrasiya güclənib, sıraları genişlənib, siyasi, geosiyasi, hərbi, iqtisadi və mədəni aspektlərdə ciddi irəliləyişlər əldə edilib. İqtisadi inteqrasiya istiqamətində 3 mərhələni keçən Aİ-nin bu sferada imkanları hələ də qalır.

Keçən dövrdə təşkilat siyasi birliyin yaradılması üçün də xeyli iş görüb. Tədricən ölkələrüstü qurumların statusu və fəaliyyət sahəsi genişləndirilib. Son olaraq Aİ Konstitusiyasının layihəsi işlənilib. Bu layihə təşkilatın faktiki olaraq böyük dövlət halına çatdırılması prosesinin getdiyini təsdiqləyir.

Həmin kontekstdə Aİ-nin vahid xarici siyasət yeritməsi və müdafiə sisteminin qurulması məsələləri xüsusi yanaşma tələb edir. Əgər birinci məsələ həll edilibsə, vahid ordu yaratmaq hələlik mümkün olmayıb. Lakin həmin istiqamətdə də prinsipial razılaşma vardır.

İkincisi, əldə edilən nailiyyətlərə baxmayaraq, Avropa İttifaqı çox ciddi çətinliklərlə üz-üzədir. Bu, demək olar ki, bütün sahələri əhatə edir. Siyasi, ideoloji, iqtisadi, demoqrafik, mədəni, təhlükəsizlik, idarəetmə, ortaq azad bazarın yaradılması, maliyyə və digər sferalarda həllini tələb edən xeyli problem mövcuddur. Buna görə də bir sıra mütəxəssislər 60 illik yubileyin sevindirici olmadığını qeyd edirlər.

Təşkilat üçün ən vacib problemlər sırasında inteqrasiyanın gücləndirilməsi mühüm yer tutur. Bununla bağlı Brüsselin də narahatlıqları var. Burada hesab edirlər ki, ona ən təsirli zərbəni Böyük Britaniyanın təşkilatı tərk etməsi vurdu. Çünki Londondan digər üzvlər də nümunə götürə bilərlər. Bundan başqa, mütəxəssislər vahid Avropa ideyasının özünün də zərər gördüyünü qeyd edirlər.

Bütün bunlara görə, yeni Roma bəyannaməsinin Aİ-ni yaxın 10 il üçün ən azından qoruyub saxlamaq üçün əhəmiyyətli olduğu qənaətini ala bilərik. Həmin sənəddə vurğulanan 4 inkişaf istiqaməti isə daha çox arzu və istəklərin nəzəri ifadəsini xatırladır. Reallığın hansı sürprizləri edəcəyini zaman göstərəcək.

Kamal Adıgözəlov

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib