SİYASƏT
Düşmən cavab atəşi ilə susdurulmuşdur VİDEO
Bakı, 28 aprel (AZƏRTAC). Ermənistan ordusunun bölmələri aprelin 27-də və 28-də gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilər Azərbaycan Respublikasının Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.