6 NOYABR SEÇKİLƏRİ İNDİYƏDƏK KEÇİRİLMİŞ BÜTÜN SEÇKİLƏRDƏN AZAD VƏ ƏDALƏTLİ OLMUŞDUR
Qazet tam əminliklə yazır ki, Azərbaycanda 6 noyabr seçkiləri indiyədək keçirilmiş bütün seçkilərdən azad və ədalətli olmuşdur. Müxalifətin iddialarına gəldikdə isə, qəzet hesab edir ki, bu gün müxalifət düşərgəsində vahid lider problemi var: “Müxalifətdə hamını öz ətrafında birləşdirəcək fiqur yoxdur. Müxalifətin bir sıra tanınmış nümayəndələrinin keçmişdə ölkəni öz arxasınca aparmaq cəhdləri isə uğursuzluqla nəticələnmişdir”.
Qəzet onu da xatırladır ki, bu gün Birləşmiş Ştatlar Prezident İlham Əliyevin hakimiyyəti ilə yaxşı münasibətdədir. “Azərbaycandakı seçkilərin legitimliyini tanıyan Rusiya isə ABŞ – Azərbaycan münasibətlərində hər hansı gərginliyin yaranmasından yalnız şad olardı”.
Bu amili nəzərə alan qazet əmindir ki, Ukrayna və Gürcüstanda ABŞ-ın dəstəyi ilə baş vermiş hadisələrin Azərbaycanda da təkrarlanması müsbət nəticələr verə bilməz. “Azərbaycanda oxşar ssenarinin həyata keçirilməsi xaosa səbəb olar və bu, heç də azadlığa təkan verməz”.