Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı 110 yaşını qeyd edir VİDEO

Bakı, 14 aprel, Aygün Həsənova, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özündə müxtəlif sahə və peşələr üzrə 27 həmkarlar təşkilatını birləşdirir. Onlardan biri də Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqıdır. Bu il təşkilatın 110 illiyi tamam olur. Aprelin 15-i isə Beynəlxalq Mədəniyyət Günüdür. Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova bu iki əlamətdar tarixlə bağlı AZƏRTAC-a müsahibə verib.

Beynəlxalq Mədəniyyət Gününün əhəmiyyətindən danışan komitə sədri bu günün ölkəmizdə bir neçə ildir geniş qeyd edildiyini bildirdi. C.Səttarova respublikada mədəniyyət sahəsində qazanılan uğurlarda həmkarlar ittifaqının da xidmətinin az olmadığını vurğulayaraq dedi: “İstərdim ki, Azərbaycanda mədəniyyət işçiləri günü təsis olunsun. Çünki bu sahədə olan nailiyyətlərimiz məhz mədəniyyət işçilərinin zəhmətinin bəhrəsidir. Fürsətdən istifadə edib Azərbaycanda fəaliyyət göstərən bütün mədəniyyət işçilərini, o cümlədən AZƏRTAC-ın rəhbərliyini və kollektivini də ürəkdən təbrik edirəm.

2015-ci il bizim təşkilat üçün önəmli ildir. Çünki 110 il az vaxt deyil. Hazırda mədəniyyət sahəsində çalışan, təşkilatımıza üzv olan işçilərin sayı 55 minə yaxındır. Ölkənin bütün şəhər və rayonlarında yerli komitələrimiz mövcuddur. Bu il Sabirabad, Şəki və İsmayıllı rayon komitələri qazandıqları uğurlara görə mükafatlandırılacaq”.

Azərbaycanda AHİK-in nüfuzunun yüksək olduğunu, bu təşkilatın qanun çərçivəsində hər bir işçi təbəqəsinin hüquqlarını müdafiə etdiyini vurğulayan komitə sədri Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları ilə də əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışdı. Rəhbərlik etdiyi komitənin bir neçə müvafiq beynəlxalq qurumun üzvü olduğunu dedi: “Mədəniyyət sahəsi ilə bağlı problemləri Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Birliyi Məsləhət Şurasında müzakirə edirik. Şuranın tərkibinə postsovet məkanının əksər respublikaları daxildir. Bundan başqa, biz Beynəlxalq İctimai Xidmətlər Federasiyasının üzvüyük. Yeri gəlmişkən deyim ki, mən Avropa İctimai Xidmət İcraiyyə Komitəsinin üzvüyəm. Eyni zamanda, biz Aktyorların Beynəlxalq Federasiyasına üzv olmuşuq. Bir neçə ay əvvəl Vyanada bu qurumun müzakirələrində iştirak etmişik. Bir neçə gün əvvəl isə Beynəlxalq Kukla Teatrları Assosiasiyasına üzv qəbul olunduq. Bu ilin iyun ayında nümayəndə heyətimiz ilk dəfə olaraq bu qurumun iclasında iştirak edəcək”.

Müsahibimiz əlavə etdi ki, Berlində keçirilən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında AHİK-in sədri Səttar Mehbalıyev vitse-prezident seçilib. Bu, o deməkdir ki, artıq səsimiz bu mötəbər qurumun kürsüsündən də eşidiləcək.

C.Səttarova diqqətə çatdırdı ki, paytaxtda və regionlarda idman komplekslərinin, mədəni-maarif mərkəzlərinin və digər sosial obyektlərin tikilib istifadəyə verilməsi ölkədə bütün sahələrə göstərilən diqqət və qayğının nəticəsidir. Bütün bu irimiqyaslı layihələrin həyata keçirilməsində Həmkarlar İttifaqı Konfederasiyasının da fəaliyyəti danılmazdır. “Bu gün ölkədə gedən inkişaf dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daim diqqətindədir. Ölkədə irimiqyaslı layihələr həyata keçirilir ki, bu layihələrdə AHİK-in də öz payı var. Sözsüz ki, bizim üzərimizə işçi qüvvəsini toplamaq, onları bu işlərə yönəltmək və dəstəkləmək kimi vəzifələr düşür”, - deyə komitə sədri qeyd etdi.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Müstəqil Dövlətlər Birliyi Məsləhət Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının qadın məsələləri üzrə komissiyasının, Avropa İctimai Xidmət İcraiyyə Komitəsinin üzvü, AHİK-in gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin sədri olan C.Səttarova bu sahədə görülən işlər barədə də məlumat verdi:

- Statistikaya görə, AHİK özündə 1 milyon 600 min nəfəri birləşdirir. Onların da 52 faizə yaxını qadındır. Gender problemləri ilə bağlı məsələlər uzun illərdir ki, AHİK-in gündəmindədir. Qadın həm ana, həm işçi, həm də həyat yoldaşıdır. Bütün bu istiqamətlərdə qadınların vəzifələri müəyyən olunur, onların əməyinə çox böyük önəm verilir, bu sahədə müxtəlif seminarlar, görüşlər keçirilir.

C.Səttarova ictimai işlərə marağın ona anası - tanınmış ictimai xadim, tibb elmləri doktoru, professor Zəhra Quliyevadan keçdiyini bildirdi: “Hər zaman onun tövsiyələri, həyatda göstərdiyi yol mənim üçün bir örnək olub. Anam deyərdi ki, insanları sevmək, onların qayğısına qalmaq, onlara kömək etmək lazımdır. Bu gün mən də nəyi bacarıramsa etməyə çalışıram”.

Xatırladaq ki, Beynəlxalq Mədəniyyət Günü 1935-ci il aprelin 15-də Vaşinqtonda təsis olunub. O vaxtdan etibarən bu gün dünyanın bir çox ölkəsində qeyd olunur. Biz də öz növbəmizdə Cəmilə xanımı həm Beynəlxalq Mədəniyyət Günü, həm doğum günü, həm də rəhbəri olduğu qurumun yubileyi münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı 110 yaşını qeyd edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib