RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri VİDEO
Moskva, 8 may, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün mayın 8-də Rusiya Federasiyasına işgüzar səfərə gəlib.
Moskva şəhərinin Vnukovo-2 hava limanında Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.