İDMAN


Azərbaycan idmançısı erməni rəqibinə qalib gələrək Olimpiya Oyunlarına lisenziya qazanıb VİDEO

Bakı, 17 yanvar, AZƏRTAC 

Azərbaycan taekvondoçuları Milad Beigi Hərçəqanı (80 kq) və Patimat Abakarova (49) Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına ölkəmizə daha iki lisenziyanı qazandırıblar.

AZƏRTAC xəbər verir ki, yanvarın 17-də İstanbulda keçirilən Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində mübarizə aparan Azərbaycan yığmasının üzvü Milad Beigi Hərçəqanı latviyalı Yanus Kauneni (16:0), erməni idmançı Arman Yeremyanı (11:1) və yarımfinalda türkiyəli Yunus Sarını (10:1) böyük hesablarla məğlub edərək finala yüksəlib. İdmançımız finalda polşalı rəqibi Pyotr Pazinskiyə 14:2 hesabı ilə qalib gələrək turnirin qızıl medalını əldə edib.

Qadın idmançılarımızdan Patimat Abakarova isə Dünya Taekvondo Federasiyasını təmsil edən Dino Poriunes-Lanqerudidən (4:1), yunanıstanlı İoanna Kotsudan (5:1), yarımfinalda isə ukraynalı İrina Romaldanovadan (3:1) üstün olaraq finala adlayıb. P.Abakarova finalda serbiyalı idmançı Tiyana Boqdanoviçi (6:5) mübarizədən kənarlaşdıraraq yarışın qalibi olub.

Avropa təsnifat turnirində hər çəki dərəcəsi üzrə finala yüksələn idmançılar Olimpiya Oyunlarına vəsiqəni təmin edirlər. Beləliklə, hər iki taekvondoçumuz Rio Olimpiadasında iştirak hüququ əldə ediblər.

Bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına taekvondo üzrə lisenziya qazanan idmançılarımızın sayı 4-ə çatıb. Fəridə Əzizova ölkəmizə taekvondo üzrə 2-ci lisenziyanı yanvarın 16-da qazandırmışdı. Digər lisenziyanın sahibi Radik İsayev 2015-ci ilin dekabrında 80 kiloqramdan yuxarı çəki dərəcəsində Olimpiadaya iştirak hüququnu təmin etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.