Güləşçilərimiz İstanbulda keçirilən beynəlxalq turnirin ilk günündə 4 medal qazanıblar VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri ilk yarış günündə 1 gümüş və 3 bürünc medal qazanıblar.
İlk yarış günündə 57 və 70 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıblar.
Turnirdə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacımurad Ömərov bütün rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Türkiyə təmsilçisinə uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib.
Mahir Əmiraslanov və Giorgi Edişeraşvili (hər ikisi 57 kq), həmçinin Gitinomaqomed Hacıyev (70 kq) bürünc medal uğrunda görüşdə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.