MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanasında yazıçı Sevinc Nuruqızı ilə görüş
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yazıçı “Sevinc Nuruqızı ilə imzalı görüş” keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin II sinif şagirdləri iştirak ediblər. Kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək Sevinc Nuruqızının yaradıcılığı haqqında geniş məlumat verib. Sonra yazıçının yaradıcılığından bəhs edən slaydlar nümayiş olunub.
Uşaqların sevimli yazıçısı Sevinc Nuruqızı vətənpərvərlik mövzusunda yazdığı əsərlərindən, habelə redaktoru olduğu “Göy qurşağı” jurnalında dərc edilən “Dovşan Edvardın qeyri-adi səyahəti” tərcümə əsərindən söhbət açıb, uşaqların suallarını cavablandırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən uşaqlara yazıçının “Ciya ilə iki gün” imzalı kitabları hədiyyə edilib.
Uşaqlar Sevinc Nuruqızının kitablarından ibarət sərgi ilə tanış olublar.