MƏDƏNİYYƏT


“Süd qoxulu körpələr” adlı tədbir keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ümumdünya Süd Gününə həsr olunmuş “Süd qoxulu körpələr” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Yatmış gözəl” nağılı əsasında qurulmuş ssenari üzrə uşaqların maraqlı kompozisiyaları təqdim olunub. Uşaqlar nağıl qəhrəmanlarının timsalında şeirlər, mahnılar, rəqslər və səhnəciklər göstəriblər.

Tədbirdə kitabxananın direktoru Şəhla Qəmbərovaya çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

Bildirilib ki, bu gün ölkəmizdə uşaqlara, körpələrə xüsusi diqqət və qayğı göstərilir. Belə ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün hər cür zəruri şərait yaradılıb.

Sonda balaca fidanlara kitabxana tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.