Şabranda xüsusi istedada malik 82 uşaq birinci sinfə qəbul edilib VİDEO
Şabran, 5 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Təhsil Şöbəsi tərəfindən xüsusi istedadlı uşaqların birinci sinfə qəbulu prosesi başa çatıb.
AZƏRTAC xəbər verir ki, təhsil şöbəsində təşkil olunmuş komissiya tərəfindən 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üçün müsahibə keçirilib.
Müsahibədə iştirak üçün 85 uşağın sənədləri qəbul olunub. Həmin uşaqların 82-si birinci sinfə qəbul üçün uyğun hesab edilib.
Ümumilikdə 2016-2017-ci tədris ilində rayondan min nəfərə yaxın uşaq birinci sinfə qədəm qoyacaq.