REGİONLAR
Yüksək bal toplayan xaçmazlı tələbələrə fərdi təqaüd kartları təqdim olunub VİDEO
Xaçmaz, 17 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 17-də Milli Məclisin deputatı İlham Əliyev Xaçmaz rayonundan yüksək balla ali məktəblərə qəbul olunan tələbələrlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı yüksək bal toplayan 10 tələbəyə Milli Məclisin deputatı adından fərdi təqaüd kartı təqdim olunub. Həmin tələbələr təhsil aldıqları müddətdə hər ay 100 manat məbləğində təqaüd alacaqlar.
Deputatın təşəbbüsü ilə həyata keçirilən bu ənənəvi aksiya 6 ildir davam etdirilir. Bu illər ərzində, ümumilikdə, 61 nəfərə fərdi təqaüd kartı təqdim olunub.
Rayon rəhbərliyi, təhsil işçiləri və yüksək bal toplayan tələbələrin valideynlərinin də iştirak etdiyi görüşdə bildirilib ki, bu il Xaçmaz rayonu üzrə 335 nəfər ali məktəblərə qəbul olub. Onlardan 44-ü 500-dən, 9-u isə 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib.
Milli Məclisin deputatı İlham Əliyev və Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tələbələri təbrik edərək, onlara uğurlar arzulayıblar.