Azərbaycan Dövlət İnformasiya Agentliyi

9 dekabr: Ermənistan "siyasi zəlzələ" ərəfəsində

9 dekabr: Ermənistan "siyasi zəlzələ" ərəfəsində

Cənubi Qafqazın ən kiçik və ən zəif ölkəsində növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı qərar qəbul ediləndən sonra ekspertlər müəyyən proqnozlar verməyə cəhd göstərirlər. Baş nazir Nikol Paşinyanın öncədən planladığı ssenari əsasında Ermənistan addım-addım sözdə qanuni olaraq bu hadisəyə doğru gedir. Prezident Armen Sarkisyanın seçki ilə bağlı fərman imzalaması ilə növbədənkənar parlament seçkisinin keçiriləcəyinə əminlik yarandı. Ancaq Ermənistanın içində olduğu siyasi və geosiyasi proseslərin qısa müqayisəsi göstərir ki, burada vəziyyət heç də stabil deyil. İstənilən an qeyri-müəyyənlik arta bilər. Onun mənbəyi isə yalnız daxildə deyil, xaricdə də ola bilər. Bu ölkə o dərəcədə qarışıq və ziddiyyətli siyasət yeridib ki, siyasi mühitdə təlatümlər qaçılmaz görünür. Ekspertlər bunun bir neçə əlamətini də göstərirlər. Bütün bunlar Ermənistanda erkən seçkinin yarada biləcəyi siyasi və geosiyasi problemlərin üzərində dayanmaq ehtiyacını meydana gətirir.

Paşinyanın təzyiqləri: erməni siyasi mühitinin qarışıqlığı

Ermənistan prezidenti erkən parlament seçkisinin keçirilməsi ilə bağlı fərman imzalayıb. Seçkini bu ilin dekabr ayının 9-da keçirmək nəzərdə tutulub. Bu qərar parlamentdə Nikol Paşinyanın baş nazir postuna namizədliyi rədd edildikdən sonra qəbul olunub. Əslində, ssenari Nikol Paşinyana məxsusdur. O, baş nazir postundan istefa verməzdən öncə siyasi qüvvələrlə danışaraq özündən başqa birisinin namizədliyinin verilməməsi haqqında razılıq almışdı. Parlamentdəki iri fraksiyalar olan “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” faktiki olaraq “Yelk”in mövqeyini dəstəkləmişdilər. N.Paşinyan da bir neçə naziri istefaya göndərmişdi.

N.Paşinyanın siyasi qüvvələr qarşısında qoyduğu əsas şərt baş nazir postuna ondan başqa kimsənin namizədliyinin irəli sürülməməsi ilə bağlı idi. Bu səbəbdən iki dəfə parlament N.Paşinyanın baş nazir təyin edilməsi ilə bağlı verilən təklifə baxıb və öncədən müəyyən edilmiş ssenariyə uyğun olaraq ona səs verilməyib. Ermənistan konstitusiyasına görə, bu halda parlament buraxılır və 30-45 gün ərzində yeni seçki təyin edilir.

Artıq parlament buraxılıb və Ermənistan növbədənkənar seçkiyə hazırlaşır. Ekspertlər prosesin bu cür gedişinin geosiyasi tərəfləri haqqında fikirlərini bildirirlər. Burada daha çox iki kontekstə diqqət yetirilir. Birincisi, ABŞ-ın bu vəziyyətə münasibəti. İkincisi, Rusiyanın yaranmış duruma reaksiyası. Hər iki aspekt üzrə ziddiyyətli tezislər irəli sürülür.

Ekspertlər Amerika ilə Rusiyanın maraqlarının Ermənistanda toqquşduğu qənaətindədirlər. Onların əksəriyyəti hesab edir ki, bu mövqelər hətta barışmaz səviyyədədir. Belə ki, Moskva hesab edir ki, N.Paşinyan Vaşinqtonun layihəsidir. Amerikanın başlıca məqsədi isə Ermənistandan Rusiyanı sıxışdırmaqdan ibarətdir. Vaşinqton bunun üçün Gürcüstanda baş verənlərə oxşar ssenari üzrə hərəkət edir. Yəni əsasən ictimai rəyi antirusiya müstəvisinə yönəltməyə çalışır və eyni zamanda, sosial şəbəkələr, QHT-lər vasitəsilə təşkilatlanmış fəaliyyət təşkil edir.

Rusiyalı ekspertlərin fikrinə görə, N.Paşinyanın hakimiyyətə gətirilməsi məhz bu ssenari üzrə gedib və bunu ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills açıq etiraf edib. R.Millsin Ermənistan-Amerika ticarət palatasının tədbirindəki çıxışına Moskva dərhal reaksiya verib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bununla bağlı bildirib ki, "Vaşinqton nümayişkaranə tərzdə xarici ölkələrin daxili işlərinə qarışır" (bax: США боятся провала Пашиняна на выборах, заявил эксперт / РИА Новости, 23 oktyabr 2018). Bunu o, amerikalı səfirin ölkəsinin Ermənistanda müəyyən qruplara və şəxslərə bir neçə on ildir ki, aktiv dəstək verdiyi və "vətəndaş cəmiyyətinin və KİV-lərin möhkəmlənməsi üçün" əlavə 26 milyon dollar yardım ayırdıqları haqqında dediyi fikirlərə qarşılıq olaraq ifadə edib.

İqtisadiyyat üzrə Ali məktəbin "Dünya siyasəti və iqtisadiyyatı" fakültəsinin dekanı professor Andrey Suzdaltsev isə belə fikirdədir ki, hazırkı məqamda "Ermənistan ictimai həyatının yenidən formatlandırılması baş verir" (bax: əvvəlki mənbəyə). A.Suzdaltsev fikirlərinə davam edərək deyib: "Ermənistandakı ABŞ səfirliyi postsovet məkanında ən böyüyüdür. Balaca bir ölkə üçün bu, çox iri görünür" (bax: əvvəlki mənbəyə). Bunda Vaşinqtonun məqsədi erməni cəmiyyəti, siyasiləri və gəncləri ilə aktiv işləməkdən ibarətdir. Bu proses, ekspertin sözünə görə, uzun müddətdir ki, davam edir.

"Tərsinə sayım": kimin xeyrinə?

Rusiyalı alim konkret olaraq Nikol Paşinyanın komandasını ABŞ-a bağlayır. Onun kadrları bütöv halda erməni diasporunun nümayəndələrindən təşkil olunub. Vaşinqtonun emissarlarının İrəvana olan daimi səfərləri "faktiki olaraq onların özününkülərlə ünsiyyətindən başqa bir şey deyildir" (bax: əvvəlki mənbəyə). Bu məqam erkən seçkilərin keçirilməsi kontekstində daha həssas problemin mövcudluğuna işarə verir.

Məsələ ondan ibarətdir ki, Moskva N.Paşinyanı ABŞ-ın kadrı kimi qəbul edirsə, indi Ermənistanda müşahidə edilən siyasi proseslərin arxasında da xarici qüvvələrin dayandığı qənaətindədir. Deməli, erkən seçki də Amerikanın sifarişidir. Bəs bu vəziyyətə Rusiya hansı addımlarla cavab verə bilər?

Anlaşılan odur ki, hələlik Kreml də Ermənistanda vəziyyəti kəskinləşdirməyə getmək istəmir. Bunun əsas səbəbi bütövlükdə Cənubi Qafqazda bir geosiyasi qarışıqlığın meydana gəlməsi ehtimalının çox olmasıdır. Bu baş versə, Rusiyanın illərdir burada yaratdığı "geosiyasi sistem" laxlaya bilər. Digər tərəfdən, Dağlıq Qarabağda təxribatçı hadisələr baş verər ki, Moskva üçün əlavə problemlər meydana gələr. Ən azından situasiyaya Kremlin tam nəzarət etdiyi barədə formalaşmış fikir şübhə altına alınmış olur. Nəhayət, bu tendensiya Cənubi Qafqazda antirusiya əhval-ruhiyyəsini alovlandıra bilər.

Bütün bunlara görə, Moskva hələlik çox ehtiyatlı tərpənir və daha çox müşahidə edir. Çox güman ki, həlledici məqamda Rusiyanın müdaxiləsi sərt və qəti olacaq. A.Suzdaltsev də xəbərdarlıq edir ki, əgər rəsmi İrəvan ölkədə ABŞ hərbi bazasının yerləşdirilməsi qərarını alsa, onda vəziyyət kəskin surətdə dəyişər. Moskva vəziyyətə dərhal müdaxilə etməli və erməniləri "sakitləşdirməlidir".

Onu deyək ki, Ermənistanda siyasi durumun bu cür qarışıq və riskli olduğunun fərqinə varanlar vardır. Onlar Rusiyanın heç bir şərt altında Ermənistanı əldən vermək istəməyəcəyini proqnozlaşdırırlar (bax: məs., Новая атака России против Армении / Lragir.am, 2 noyabr 2018).

Bu qısa müqayisələrdən belə nəticə çıxara bilərik: bu il dekabrın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkisi ümumən, Ermənistanın sosial-siyasi həyatında qeyri-müəyyənliyi artırmağa daha çox meyillidir. Daxili siyasi qüvvələrin seçki qərarına münasibəti də bu tezisi gücləndirir. Məsələn, Robert Koçaryan növbədənkənar seçkinin keçirilməsi üçün bütün tərəflərə bərabər şəraitin yaradılmadığından bəhs edib. O hesab edir ki, N.Paşinyan hakimiyyəti erməni müxalif düşərgəsinə təzyiqlər edir. Hətta bir qrup bloger özlərinə qarşı olan təzyiq haqqında ictimaiyyətə məlumat verib.

Bütövlükdə Ermənistan siyasi mühiti seçki öncəsi parçalanmış haldadır. Burada özündən razı Paşinyan tərəfdarları ilə yanaşı, gələcək siyasi həyatından ehtiyatlanan “sarkisyançılar”, "koçaryançılar" və köhnə komandanın maliyyə qaynaqları da vardır. Onlar seçkidə uduzacaqları halda nələrin gözlənildiyini proqnozlaşdıra bilirlər.

Bundan başqa, yuxarıdakı məqamlardan da aydın olur ki, Kreml situasiyanı diqqətlə izləyir. Əgər Ermənistanda Rusiyaya yaxın siyasi qüvvələr zərər görsə, bunun cavabı veriləcək. Bu baxımdan N.Paşinyanın seçki qanununa dəyişiklik etmək cəhdinin uğursuz sonuclanmasını təsadüfi hesab etmirik. Çox güman ki, bütün bunları nəzərə alaraq, ABŞ N.Paşinyanın seçkidə iflasa uğraya biləcəyindən çəkinir.

Əslində, doğrudan da bu seçki N.Paşinyan və onun havadarları üçün prinsipial əhəmiyyət daşıyır. N.Paşinyan qalib gəlsə, Ermənistanda siyasi proseslər Rusiyanın əleyhinə inkişaf edə bilər. Əks halda isə Amerika ciddi zərbə almış olacaq. Təcrübə göstərir ki, Moskva Ermənistanda seçki prosesini nəzarətdə saxlaya bilər. Deməli, orada kimlərinsə “qırmızı xətti” keçməsi Kremli qəzəbləndirə bilər. Qalır erməni siyasiləri arasında kimlərin bu xəttə yaxınlaşdığını hesablamaq.

Bu mövqedən baxanda Nikol Paşinyanın mövqeyi ürəkaçan görünmür. Hətta erkən seçki dekabrın 9-na təyin olunsa belə. Bir anda hər şey tərsinə dönə bilər. Onda N.Paşinyanın “cansız siyasi bədənini” xarabalıqların altından kimin çıxara biləcəyi problemi aktual olacaq. Çətin ki, buna kiminsə gücü çatsın. Hətta ABŞ-ın belə...

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb