DÜNYA
Əfqanıstanda mitinq zamanı törədilən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətində seçkiqabağı mitinqdə baş verən partlayış nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb, daha 36 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının əyalət qubernatorunun nümayəndəsinə istinadla yaydığı məlumata görə, partlayış oktyabrın 13-də yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə 16:30) radələrində Rustak dairəsində törədilib və seçki yarışının iştirakçılarından birinə qarşı yönəlib. Bu, parlament seçkiqabağı kampaniyası çərçivəsində oktyabr ayında törədilən üçüncü partlayışdır.
Əfqanıstanda hökumət qüvvələri ilə ölkə ərazisinin təxminən 50 faizinə nəzarət edən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorizmə qarşı birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]