İDMAN


Ağır atletika üzrə Azərbaycan birinciliyində Elşən Məmmədov qızıl medal qazanıb

Bakı, 12 may, Nicat Məmmədov, AZƏRTAC

Yaşı 20 və 23-ə qədər olan gənclər arasında Ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında növbəti dəfə körpücük üzərinə çəkisi 61 kiloqrama qədər olan atletlər mübarizəyə qoşulublar.

Onlar mütləq qalibləri Sinkleyr cədvəlinə uyğun müəyyən ediblər. Toplam 226 kiloqram (100+126) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elşən Məmmədov qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 222 kiloqram (101+121) nəticə ilə Rusif Əhmədov, toplam 218 kiloqram (98+120) nəticə ilə Ömər Cavadov isə üçüncü yeri tutub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.