Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Rasim Əliquliyev “IEEE Computer Society” beynəlxalq institutunun vebinarında məruzə ilə çıxış edib

Bakı, 31 iyul, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev IEEE Kompüter Cəmiyyətinin (IEEE Computer Society, USA) beynəlxalq institutunun vebinarında “Azərbaycanda informatikanın meydana gəlməsi və onun inkişaf mərhələləri” mövzusunda geniş məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim vebinarda Azərbaycanda informatika elminin formalaşması mərhələlərini xronoloji qaydada şərh edib, ölkədə Sovet İttifaqı dövründə və müstəqillik illərində informatika, kompüter elmləri və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrinin təkamülünü müqayisəli şəkildə təhlil edib.

Akademik Azərbaycanda ilk telefon stansiyasının yaradılması, poçt, teleqraf və teleradio verilişlərinin yayımı texnologiyalarının inkişaf yolundan bəhs edib. Ölkənin ilk dəfə internetə çıxışının 1991-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini söyləyib, ötən əsrin ortalarında analoq və rəqəmsal hesablama maşınlarının tətbiqinə başlanılması, onların imkanları, texnoloji xüsusiyyətləri haqqında məlumat verib. Ölkədə informatika elminin inkişafı istiqamətində riyazi, texniki və iqtisadi kibernetika, neft, qaz və kimya sənayesində avtomatik sistemlər, optimal idarəetmə, siqnalların emalı, əməliyyatların tədqiqi, qeyri-səlis məntiq, süni intellekt texnologiyaları, kompüter şəbəkələri və digər istiqamətlərdə elmi tədqiqatlara başlanıldığını diqqətə çatdırıb.

R.Əliquliyev informatika sahəsində dövlət siyasətindən də bəhs edib: “1950-ci illərdən başlayaraq ali təhsil müəssisələrində informatika üzrə yeni fakültələr, ixtisaslar açılmışdır. 1970-1980-ci illərdə Azərbaycanda elektronika, telekommunikasiya, elektrotexnika sənayesi formalaşdırılıb, elmi-tədqiqat institutları təşkil olunub”.

Hələ 1970-ci illərdə ulu öndər Heydər Əliyevin iştirakı ilə azərbaycanlı gənclərin təhsil alması üçün digər ölkələrə göndərildiyini xatırladan akademik söyləyib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Alim deyib ki, 70-ci illərdə Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafının vüsət alması ulu öndər Heydər Əliyevin bilavasitə fəaliyyəti ilə bağlıdır. Bu dəstək və uzaqgörən siyasət nəticəsində respublikaya yeni texnologiyalar gətirilib, ən müasir zavodlar, istehsal birlikləri yaradılıb. Onlardan İskra, Ozon, Nord, Radiozavod, Elektron Hesablayıcı Maşınlar Zavodu və digər istehsal müəssisələrini misal göstərmək olar.

Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində hələ 1970-1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasında, ali məktəblərdə və sahə institutlarında elektronika informatikası və telekommunikasiya texnologiyaları üzrə kadr hazırlığı genişləndirilib, istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilib. Beləliklə, respublikada yeni, perspektivli bir sənaye sahəsi təşkil olunub və onun elmi potensialı formalaşdırılıb. Hələ Sovet İttifaqı dövründə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti kimi ali təhsil müəssisələrində İKT ixtisasları üzrə mütəxəssislərin hazırlanırdı.

Ölkə iqtisadiyyatında ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə qoyulması da Heydər Əliyevin uğurlu strategiyasının nəticəsi idi.

Sonra vitse-prezident 1990-cı ildə Bakıda törədilmiş 20 Yanvar faciəsi zamanı ölkədə yaranmış mürəkkəb vəziyyətdən danışıb. Həmin gün Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladıldığını, milli informasiya-kommunikasiya infrastrukturunun mövcud olmadığını, ölkənin daxili və xarici informasiya blokadasına düşdüyünü, Azərbaycanın səsinin dünyada eşidilmədiyini qeyd edib.

SSRİ-nin süqutundan sonrakı ilk illərdə ölkədəki qeyri-stabil siyasi vəziyyət, iqtisadi tənəzzül bütün sahələrdə olduğu kimi İKT sektoruna da mənfi təsir göstərib. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə ölkədə stabilləşmə prosesi başlanıb.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2003-cü ildə hazırlanan “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycanın alim və mütəxəssisləri qarşısında mühüm vəzifələr qoydu. Beləliklə, bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatın formalaşdırılması üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Müstəqil Azərbaycanın suverenliyinin əsas tərkib hissələrindən biri olan informasiya-kommunikasiya suverenliyinin təmin edilməsində, İKT-nin inkişafında, ölkəmizin qlobal dünyaya inteqrasiya olunmasında həmin strategiyanın çox böyük rolu olub.

Akademik vebinarda Azərbaycanda kosmik sənayenin formalaşması tarixindən də söz açıb. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kosmik sənayenin formalaşması və inkişafına xüsusi diqqət verdiyini qeyd edib. Bildirib ki, 2009-cu ildə ölkəmizdə kosmik sənayenin formalaşması ilə bağlı müvafiq dövlət proqramının qəbul edilməsi və 2013-cü ildə ilk kosmik peykimizin orbitə çıxarılması Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətin bəhrəsi idi. Alim hazırda Yerətrafı orbitdə Azərbaycana məxsus 3 süni peykin mövcud olması haqqında da məlumat verib.

R.Əliquliyev Azərbaycan alimlərinin dünyada kompüter elminin inkişafına çox əhəmiyyətli töhfələr verdiyini, habelə ABŞ-ın Stanford Universitetinin dərc etdiyi, dünyanın ən nüfuzlu alimlərinin reytinq qiymətləndirmə siyahısına 25-dən çox azərbaycanlı alimin adının daxil edildiyinin təsadüfi olmadığını deyib. Akademik müvafiq beynəlxalq təşkilatların da İKT sahəsində ölkəmizdə qazanılan uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirdiklərini vurğulayıb.

Akademik uzun illər ərzində İKT-nin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq bu gün ölkəmizdə IV Sənaye İnqilabının çağırışlarına cavab verən tədqiqatların aparıldığını qeyd edib. Bildirib ki, Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında imzalanan razılaşmaya əsasən Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ölkəmizdə bu istiqamətdə atılan mühüm addımlardandır.

“Hazırda informasiya cəmiyyətinin intellektuallaşdırılmasının, IV Sənaye İnqilabının əsas trendlərindən biri süni intellekt texnologiyalarıdır”, – deyən akademik bu texnologiyaların Azərbaycanda geniş tətbiq olunduğunu, əmək bazarında rəqəmsal transformasiyaların təsiri ilə yeni reallıqların yarandığını nəzərə çatdırıb.

Məruzənin sonunda alim dünya elmi ictimaiyyətinin Azərbaycanda informatika elminin meydana gəlməsi və inkişafı haqqında məlumatlandırılması ilə bağlı çıxış üçün imkan yaratdığına görə IEEE Kompüter Cəmiyyətinə və bu qurumun Azərbaycan bölməsinə, eləcə də vebinarın iştirakçılarına minnətdarlığını bildirib.

Sonda akademik Rasim Əliquliyev vebinar iştirakçılarının suallarına ətraflı cavab verib, ölkə alimlərinin beynəlxalq əməkdaşlıqda, müvafiq elmi mərkəzlər və universitetlər ilə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu söyləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək