İDMAN


“Araz” futzal kubu UEFA Çempionlar Liqası turnirində mübarizəni dayandırıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Araz” klubu oktyabrın 6-da turnirin əsas mərhələsində qrupdakı son oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu “Araz” klubu Slovakiyada bu ölkənin “Luçenec” komandası ilə qarşılaşıb.

Gərgin keçən görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihad İsmayılov və Ramiz Çovdarov vurub.

Qeyd edək ki, birinci oyunda Litva çempionu “Vytis” komandasına 0:1 hesabı ilə məğlub olan Baş məşqçi Joze Alesio Da Silvanın yetirmələri ikinci görüşdə Maltanın “Valetta” komandası ilə heç-heçə edib - 1:1.

Digər oyunda Maltanın “Valletta” klubunu 5:0 hesabı ilə məğlub edən Litvanın “Vytis” komandası elit-raunda vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.