Avropa Olimpiya Komitəsinin İdmanda Gender Bərabərliyi Komissiyasının iclası keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) İdmanda Gender Bərabərliyi Komissiyasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və Komissiyanın üzvü Könül Nurullayeva iclasda “İdmanda gender bərabərliyi” mövzusunda çıxış edib.
Tədbirdə Praqada keçirilmiş əvvəlki iclasın xülasəsi və gələcək işlərin planı müzakirə olunub. Bununla yanaşı, Avropa Olimpiya komitələrinin gender məsələləri ilə bağlı fəaliyyət planı, strategiyası və gündəlikdə olan məsələlərdən danışılıb. İclasda gender bərabərliyi ilə bağlı digər təşkilatlarla əməkdaşlıq razılaşmaları, eləcə də AOK-un İcraiyyə Şurasına təqdim olunacaq təkliflər müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [16:19]
Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib
- 14.08.2026 [15:51]
Samir Əliyev: “Qarabağ” mərhələ adlayaraq öz işinin öhdəsindən gəldi
- 14.08.2026 [15:31]
“Mançester Siti” Enzo Fernandes üçün “Çelsi”yə 120 milyon avro təklif edib
- 14.08.2026 [15:23]
“Qarabağ”ın “Tvente” ilə səfər oyununa hakim təyinatları açıqlanıb
- 14.08.2026 [15:14]
Əliyar Ağayev Mahir Emrelinin çıxış etdiyi komandanın oyununa təyinat alıb
- 14.08.2026 [14:53]
“Fənərbağça” braziliyalı futbolçu Fredlə yollarını ayırıb
- 14.08.2026 [14:28]
“Qarabağ” - “Tvente” oyunu norveçli hakimlərə tapşırılıb
- 14.08.2026 [14:15]