RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Aşqabad, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Aşqabad Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşıladılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin