Azərbaycan və İran gömrükçüləri iqtisadi əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycanın Astara şəhərində İran və Azərbaycan gömrük xidmətlərini təmsil edən nümayəndə heyətləri arasında görüş keçirilib
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətinə DGK Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, İran nümayəndə heyətinə Astara gömrük-keçid məntəqəsinin rəisi Səid Nadiri rəhbərlik edib.
Görüşdə iki ölkə arasında münasibətlərdən danışılıb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi və ticarətin artması müzakirə olunub. Hər iki tərəf nəqliyyat vasitələrinin keçidində yarana biləcək hər hansı problemin dərhal aradan qaldırılmasının zəruriliyini vurğulayıblar.
Tərəflər beynəlxalq ticarətin asan və sürətli şəkildə aparılmasını, eləcə də nəqliyyat vasitələrinin gömrük sərhədindən sürətli və maneəsiz keçidini təmin etmək məqsədilə gömrük orqanlarının gördüyü işləri və bu istiqamətdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Eləcə də, iki ölkə sərhədində yeganə avtomobil körpüsündən keçən yük maşınlarının sayının mümkün olduğu qədər artırılmasının vacibliyi qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [21:16]
Sürücülərin nəzərinə
- 19.09.2026 [20:22]
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
- 19.09.2026 [10:11]
Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var
- 18.09.2026 [22:23]
Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
- 18.09.2026 [20:45]
® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]