MƏDƏNİYYƏT


Azərbaycanın qastronomik turizm imkanları Lüksemburqda nümayiş etdirilib

Bakı, 30 noyabr, AZƏRTAC

Lüksemburqda keçirilən Dünya Kulinariya Kuboku və 14-cü Beynəlxalq “Expogast” Qastronomiya Festivalında ilk dəfə olaraq Azərbaycanın qastronomik turizm imkanları nümayiş etdirilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə milli stenddə azərbaycanlı aşpazlar tərəfindən milli mətbəx nümunələrinin müasir kulinariya metodları əsasında hazırlanmış və yenilənmiş versiyaları təqdim edilib.

"Gəlin birləşək" şüarı ilə keçirilən qida nümayişləri beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Stenddə qastronomiya daxil olmaqla, Azərbaycanın müxtəlif turizm növləri üzrə potensialını əks etdirən vizual görüntülər nümayiş etdirilib, məlumat broşürləri paylanılıb.

“Vatel Club Luxembourg” tərəfindən təşkil edilən Dünya Kulinariya Kubokunda 5 gün ərzində 100-dən çox beynəlxalq komanda müxtəlif mükafatlar uğrunda mübarizə aparıb.

Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) akkreditasiya etdiyi unikal platforma 8 mindən çox peşəkar aşpazı özündə birləşdirməklə qastronomiyada yeni hərəkatları və tendensiyaları təqdim edir.

Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynovanın Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin İdarə Heyətinin rəhbəri Tomas Quqlerlə görüşü baş tutub. Təşkilatla əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşün Tomas Quqlerə Qarabağ xalçaçılıq məktəbinə aid Malıbəyli xalçası hədiyyə edilib.

Həmçinin Sinqapur Aşpazlar Assosiasiyasının rəhbərliyi ilə keçirilən görüşdə “Singapore 2024 Culinary EXPO” tədbirində Azərbaycanın təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.