CƏMİYYƏT


Binəqədi rayonunda qəbiristanlıqdan oğurluq edən şəxs tutulub

Bakı, 16 oktyabr, AZƏRTAC

Binəqədi rayonunda qəbiristanlıqdan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi rayon ərazisində yerləşən qəbiristanlıqdakı qəbirlərdən birinin ətrafına çəkilmiş çəpərin dəmir qapısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Salamov rayon polis idarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı təhqiqat davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.