SİYASƏT


Çin Azərbaycan və Ermənistan arasında danışıqları alqışlayır

Pekin, 7 aprel, AZƏRTAC

Çin Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarının dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyəti alqışlayır.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşü şərh edərkən belə deyib.

“Azərbaycan və Ermənistan Çinin əməkdaşlıq etdiyi dost tərəfdaşlardır. Biz tərəflərin fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyətini görməyə şadıq. Ümidvarıq ki, tərəflər regionda sülh və sabitliyi və insanlar üçün əmin-amanlığı birgə təmin etmək üçün atəşkəs haqqında konsensusa əməl edəcək”, - deyə Çin XİN rəsmisi bildirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.