DÜNYA


Çində kimyəvi məhsullar zavodunda baş verən partlayışda 6 nəfər ölüb

Pekin, 21 mart, AZƏRTAC

Çinin Ciansu vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 30 nəfər yaralanıb.

AZƏRTAC yerli hökumətin məlumatına istinadla xəbər verir ki, hadisə Yançen şəhərindəki sənaye parkında baş verib. Güclü partlayış nəticəsində ətrafdakı digər istehsal sahələri dağılıb, yaxınlıqdakı evlərin şüşələri sınıb. Dağıntılar altında fəhlələrin qaldığı güman olunur. Ərazidə yaranan güclü yanğın uzaq məsafədən görünür.

Hadisə yerinə 176 yanğınsöndürən avtomobil, habelə xeyli polis və mülki müdafiə işçisi, təcili yardım briqadaları cəlb olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.