Azərbaycan Dövlət İnformasiya Agentliyi

Doğru və obyektiv xəbərin 102 ildir dəyişməyən ünvanı - AZƏRTAC VİDEO

Doğru və obyektiv xəbərin 102 ildir dəyişməyən ünvanı - AZƏRTAC VİDEO
Azərbaycanın ilk milli xəbər agentliyi yaranışının növbəti ildönümünü
 yeni binada qeyd edir

Bakı, 28 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın 102 yaşı tamam olur. Bir əsrdən çoxdur ki, agentlik Azərbaycanın salnaməsini yazır: günbəgün, saatbasaat. Onun bu illər ərzindəki bütün xəbərlərini, fotolarını bir yerə toplamaq olsaydı, göz önündə ölkəmizin və xalqımızın müxtəlif dövrlərdə keçdiyi yolun dolğun mənzərəsi yaranardı. Bu gün dünya informasiya məkanında layiqli yer tutan, beynəlxalq və regional media orqanlarında fəal təmsil olunan 102 yaşlı AZƏRTAC yaranışının növbəti ildönümünü Prezident İlham Əliyevin Sərəncamı ilə tikilərək ötən ilin sonlarında açılışı olmuş dünya standartlarına uyğun, hər cür şəraitə malik yeni binada qeyd edir.

1920-ci ildən başlayan yol - informasiya və tərcümə məktəbi

Tarixə qısa ekskurs etsək görərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından biri olan AZƏRTAC ötən müddətdə mürəkkəb və şərəfli yol keçib. Təfərrüata varmadan yalnız bir neçə məqamı qeyd etməklə kifayətlənmək olar. 1920-ci il martın 1-də Cümhuriyyət parlamentinin qərarına əsasən Teleqraf Acanslığı adı ilə fəaliyyətə başlayan ilk milli xəbər agentliyi cəmi 58 gün müstəqil fəaliyyət göstərdi. Lakin bu qısa müddətdə adını tarixə yazdıra bildi.

Təxminən 70 il sürən SSRİ imperiyası dövründə dəfələrlə struktur və ad dəyişikliyinə məruz qalması agentliyin keçdiyi yolun mürəkkəbliyindən xəbər verir. Azərbaycan Teleqraf Agentliyi, əslində, SİTA-nın filialına çevrilmişdi. Bununla belə, imkan daxilində öz funksiyasını davam etdirirdi.

 

AZƏRTAC istər informasiya, istərsə də tərcümə sahəsində əsl məktəb rolunu oynayıb. Burada həm jurnalistlərin, həm də peşəkar tərcüməçilərin neçə-neçə nəsli yetişib. Onlardan biri də dövrünün tanınmış jurnalist və tərcüməçisi Bağır Seyidzadə idi. O, 1963-cü ildə Azərinforma (AZƏRTAC-ın keçmiş adı) direktor müavini vəzifəsinə təyin olunmuşdu.

Bağır müəllimin qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin atası haqqında xatirələrindən: “Agentliyin rəhbəri Yefim Qurviç deyirdi ki, Bağır Seyidzadə tərcümənin pulemyotçusudur. Tərcümədə səlis və çevik idi. Atam agentlikdəki işindən, sözün əsl mənasında, zövq alırdı. Səhərə yaxın, saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Sübh tezdən ona edilən zənglərə görə mən narahatlıq keçirərdim, o isə deyərdi ki, bu zənglər çox mühüm məsələlərlə bağlıdır. Onu da deyim ki, həmin dövrün bir çox görkəmli jurnalistləri - İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev atamla bir yerdə “Gənc işçi” qəzetində ilk addımlarını atmış, uzun illər birgə işləmiş, məslək dostu olmuş və sıx əməkdaşlıq etmişdilər. Cəmil Əlibəyov həmişə deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir. Atamın nəzərində jurnalistika çox məsuliyyət tələb edən bir peşə idi. Deyirdi ki, əsl jurnalist həm tarixçi, həm filosof, həm iqtisadçı, ən başlıcası isə insanpərvər olmalıdır. Atam xatirələrdə jurnalist və diplomat kimi qalıb. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, ömrünün axırınadək qəlbən jurnalist olaraq qaldı. O, Azərinformda ömrünün son gününə qədər - 1968-ci il martın 24-dək işlədi”...

 

 

AZƏRTAC-ın həyatında hərtərəfli dönüş 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başladı. Müasir texniki avadanlıqla təchiz olunan agentlik çox keçmədən SSRİ miqyasında öncül mövqelərə çıxdı, SİTA-nın informasiya buraxılışlarını qəbul edərək Cənubi Qafqaz respublikalarına ötürən mərkəzə çevrildi. Müttəfiq respublikaların informasiya agentlikləri arasında Ukrinformdan sonra məhz AZƏRTAC “Olivetti” markalı kompüterlərlə təchiz edildi.

 

Qanlı Yanvar günlərində respublikada heç bir qəzet çıxmadığı, televiziya verilişlərinin dayandırıldığı günlərdə AZƏRTAC-ın jurnalistləri iş başında idilər. Onlar ölkədə baş verən hadisələr barədə xəbərləri bülletenlər şəklində paytaxtdakı binaların divarlarına yapışdırırdılar. Fotomüxbirlər küçə və meydanları, xəstəxanaları gəzərək imperiya ordusunun törətdiyi cinayətləri lentə alırdılar. Sonradan bu fotolar bir sıra xaricə KİV-də dərc olundu. 20 Yanvar şəhidlərinin dəfn mərasimində çəkilmiş “Milyon qəlbin göz yaşları” adlı fotoşəkil isə bütün dünyada məşhurlaşdı.

1992-ci il dekabrın 18-də tarixi adı bərpa olunan agentlik 2015-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC adlanır.

AZƏRTAC yeni ünvanda: Ağasadıq Gəraybəyli küçəsi, 63

Ötən bir əsrdə uyğunlaşdırılmış müxtəlif binalarda yerləşən AZƏRTAC hazırda fəaliyyətini yeni ofisdə davam etdirir. 2021-ci il dekabrın 27-də agentliyin yeni binası ilə tanış olan Prezident İlham Əliyev burada yaradılan şəraitdən məmnun qaldı. Qeyd etdiyimiz kimi, dövlət başçısının Sərəncamı ilə tikilmiş doqquzmərtəbəli (zirzəmi qatı ilə birlikdə) bina səkkizguşəli ulduz formasında layihələndirilib, müasir üslubda “nyus-rum” zalları yaradılıb. Yeni ofisdə geniş iclas salonu, yeməkxana, kitabxana, idman zalı da var.

Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlər, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıq nümunələrindən ibarət muzey təşkil olunub.

Prezidentin xüsusi diqqəti və qayğısı nəticəsində ərsəyə gəlmiş gözəl, zövq oxşayan binada bütövlükdə 225 əməkdaşın səmərəli çalışmaq, müasir texniki vasitələrdən, innovativ texnologiyalardan istifadə etmək imkanı var. Mübaliğəsiz demək olar ki, hətta inkişaf etmiş ölkələrdə çox nadir informasiya agentlikləri bu cür şəraiti olan ofisə malikdir.

Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Fotolar özü hər şeyi deyir.

 

 AZƏRTAC dünya informasiya məkanına necə çıxdı?

Azərbaycan müstəqillik qazandıqdan sonra qarşıda dayanan əsas hədəflərdən biri dünya informasiya məkanına çıxmaq, ölkəmiz barədə həqiqətləri mümkün qədər geniş coğrafiyada yaymaq idi. Bu barədə danışarkən ulu öndər Heydər Əliyevin AZƏRTAC-ın 80 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrik məktubundakı sözlər yada düşür: “AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”.

İdarə Heyətinin sədri Aslan Aslanovun xatirələrindən: “Bir dəfə Heydər Əliyev mənə dedi ki, AZƏRTAC beynəlxalq informasiya platformalarına çıxmalı, OANA-nın (Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı) üzvü olmalıdır. O dövrdə bizdə hətta media sahəsində də belə bir beynəlxalq təşkilatın mövcudluğundan xəbərdar olanlar az idi, Heydər Əliyev isə nəinki bunu bilir, həm də bu təşkilatda üzvlüyün zəruriliyini və faydasını öncədən görürdü. 2004-cü ildə biz OANA-ya daxil olduq, 12 ildən sonra isə bu təşkilata rəhbərlik etdik”.

O qədər də uzaq olmayan keçmişdə Azərbaycanın beynəlxalq informasiya məkanına çıxış imkanları olduqca məhdud idi. Necə deyərlər, özümüz deyib, özümüz eşidirdik. Ulu Öndərimizin tövsiyəsi ilə bu ümdə vəzifəni məhz AZƏRTAC üzərinə götürdü. O, hazırda Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biridir. 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edib. Həmçinin uzaq-yaxın ölkələrin 50-yə yaxın aparıcı xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır.

Tərəfdaşlar sırasında bütün qitələri əhatə edən xəbər yayımçıları, o cümlədən Türkiyənin Anadolu, Çinin Sinxua, Rusiyanın TASS, İranın İRNA, Yaponiyanın KYODO, Koreya Respublikasının Yonhap, Argentinanın TELAM, Səudiyyə Ərəbistanının SPA və digər nüfuzlu informasiya agentlikləri var. AZƏRTAC, həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə yaxından əməkdaşlıq edir.

2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakı eyni vaxtda iki mötəbər media təşkilatının əsas forumlarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, OANA-nın XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdi. Prezident İlham Əliyev forumların açılışında geniş nitq söylədi, tədbir iştirakçılarının bir qrupu ilə görüşdü. Beləliklə, Azərbaycan və AZƏRTAC öz adını dünya mətbuat tarixinə yazdırdı.

İldən-ilə genişlənən beynəlxalq əlaqələrin nəticəsidir ki, üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında hər il AZƏRTAC-ın Azərbaycan həqiqətlərini, xalqımızın həyatını, ölkəmizdə gedən inkişafı əks etdirən 15 min informasiyası, video və foto materialları yayılır.

AZƏRTAC-ın rəhbərliyinin və nümayəndələrinin yüksək səviyyəli beynəlxalq tədbirlərdə, media forumlarında iştirakına hər cür şərait yaradılıb. Bu da öz növbəsində beynəlxalq və regional media qurumlarında fəal mövqe tutmaqda, agentliyin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Bununla bağlı təsəvvür yaratmaq üçün bir neçə məqamı əks etdirən fotolara nəzər salmaq kifayətdir:

London, 17 may 2018-ci il, Press Association agentliyinin 150 illik yubiley mərasimi. Uels şahzadəsi Çarlz AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbərləri ilə görüşür.

Hanoy, 19 aprel 2019-cu il. Vyetnamın Baş naziri Nguyen Xuan Phuk AZƏRTAC-ın sədrlik etdiyi OANA icraiyyə komitəsi iclasının bir qrup iştirakçısını qəbul edir.

 Seul, 7 noyabr 2019-cu il. Koreya Respublikasının Prezidenti Mun Ce-in OANA-nın XVII Baş Assambleyasında iştirak edən agentliklərin rəhbərləri ilə görüşür (nümayəndə heyətinin rəhbəri OANA-nın prezidenti Aslan Aslanovdur).

Vətən müharibəsi: AZƏRTAC informasiya cəbhəsində

Otuz il işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində xüsusi yer tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə aparılan bu müharibə ölkə mətbuatı, o cümlədən AZƏRTAC üçün də bir sınaq oldu.

Fəaliyyətini müharibə dövrünün qanunları, ictimaiyyətə operativ və dürüst informasiya çatdırmaq prinsipi əsasında quran AZƏRTAC-ın kollektivi İkinci Qarabağ müharibəsi başlayan andan bütün yaradıcı və texniki potensialını səfərbər etdi. Xüsusilə gücləndirilmiş iş rejimində çalışaraq döyüş əməliyyatlarının gedişini anbaan işıqlandırdı, münaqişə və müharibə barədə həqiqətləri dünyanın hər yerinə yaymağa nail oldu. Eyni zamanda, düşmənin və onun havadarlarının yaydıqları feyk-xəbərlərlə mübarizə işinə öz töhfəsini verdi. Agentliyin saytında “Cəbhə xəbərləri”, “Dünya erməni faşizmini görsün”, “İşğaldan azad edilmiş şəhər və kəndlərimiz” adlı bannerlər yaradıldı və bu mövzudakı bütün materiallar müvafiq bölmədə cəmləşdirildi.

Cəbhə bölgəsinə ezam olunmuş çəkiliş qrupları erməni təxribatlarını atəş altında lentə alırdılar. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə xain hücumları, yaşayış məntəqələrini raket atəşinə tutması barədə hər gün yüzlərlə foto və videoxəbər, reportaj və informasiya hazırlanır və agentliyin saytında yeddi xarici dildə yayımlanırdı. Əlliyə yaxın ölkənin tərəfdaş informasiya agentlikləri və digər aparıcı dünya KİV-i müharibənin gedişini işıqlandırarkən etibarlı xəbər qaynağı kimi AZƏRTAC-ın məlumatlarına istinad edirdilər.

Eyni zamanda, agentliyin xarici ölkələrdə fəaliyyət göstərən xüsusi müxbirləri müharibə dövründə yerli mətbuatda çoxsaylı çıxışlar edir, televiziya və radiolara müsahibələr verirdilər.

Azad edilmiş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dağıntıları arxivləşdirmək, erməni faşizminin əsl simasını beynəlxalq aləmə çatdırmaq işində də agentliyin əməkdaşları yaxından iştirak edirdilər. Mina təhlükəsinə baxmayaraq, onlar viran qoyulmuş şəhər və kəndləri gəzir, çəkilişlər aparırdılar. Təəssüf ki, itkisiz ötüşmək mümkün olmadı. 2021-ci il iyunun 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov vəzifə borcunu yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid oldular.

Bu gün isə müxbirlərimiz azad Qarabağda həyata keçirilən möhtəşəm bərpa-quruculuq işlərini işıqlandırır, oxucularımıza xoş müjdələr çatdırırlar.

Yeni reallıqlar və çağırışlar fonunda yeni informasiya siyasəti

Vətən müharibəsində qazanılmış qələbə regionda yeni reallıqlar yaradıb. Düşmənin dağıdıb viran qoyduğu Qarabağ bu gün geniş tikinti meydançasını xatırladır. AZƏRTAC-ın müxbirlərinin sorağı Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam və digər ərazilərdən gəlir. Onların hazırladığı reportajlar, foto və videoxəbərlərin bir çoxu tərəfdaş KİV-də də yer alır.

 

Vaxtilə AZƏRTAC yalnız iki dildə (Azərbaycan və rus dillərində) xəbərlər verirdi. Bu gün isə əlavə olaraq daha altı dildə - ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır.

Agentliyin informasiya siyasəti, ilk növbədə, dinamik inkişaf edən, inqilabi islahatlar sayəsində günbəgün modernləşən Azərbaycana dünyada artan maraqla uzlaşdırılır. Hazırda AZƏRTAC-ın xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir. Bu gün qarşıdakı əsas hədəf informasiyanın keyfiyyətini yüksəltmək, agentliyin rəqabətqabiliyyətliliyini təmin etməkdir.

XX əsrin 20-ci ilindən başlayaraq tariximizə şahidlik edən AZƏRTAC indi XXI əsrin salnaməsini yazmaqdadır. Agentliyin bütün yaradıcı və texniki resursları ölkənin uğurları, o cümlədən azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə xəbərləri daha geniş coğrafiyada yaymağa səfərbər edilib. Peşəkarlığını daim artıran, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına səylə yiyələnən, öz sıralarını yüksəkixtisaslı gənc kadrlarla möhkəmləndirən kollektiv yeni dövrün çağırışlarına adekvat cavab verməyə, informasiya məkanında öncüllüyünü qoruyub saxlamağa çalışır.

Göründüyü kimi, ötən 102 ildə AZƏRTAC-ın həyatı çox dəyişib, köhnə avadanlıqların yerini xəbərləri bir göz qırpımında dünyanın hər yerinə çatdırmağa imkan verən yeni texnologiyalar tutub. Lakin dəyişməyən təkcə bir cəhət var: AZƏRTAC 102 il əvvəl olduğu kimi, bu gün də obyektiv və doğru xəbərin ünvanı olaraq qalır.

Doğru və obyektiv xəbərin 102 ildir dəyişməyən ünvanı - AZƏRTAC VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaxın Şərqdə nüvə obyektlərinə təminat tədbirlərinin tətbiqi ilə bağlı qətnamə qəbul edilib

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib

PFL Azərbaycan Kubokuna sponsorluqla bağlı bir neçə şirkətlə danışıqlar aparır

Bakı türk dövlətləri arasında strateji məsləhətləşmələr üçün mühüm ünvana çevrilib - ŞƏRH

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına Göygöldə hazırlaşacaqlar

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub

Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib

Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb

İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb

Azərbaycan geosiyasəti və Türk-İslam birliyinin yeni modeli - ŞƏRH

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

Cəfər Qarayev: Əsas hədəfimiz beynəlxalq təmasları uzunmüddətli əməkdaşlığa çevirməkdir

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır - ŞƏRH

Sabitlik artıq dəbdən düşüb – TƏHLİL

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar

Ekologiya və təbii sərvətlər naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycandan Bolqarıstana və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub

Şagirdlər ev tapşırıqlarında süni intellektdən istifadə etməlidirlərmi?

Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir

Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb

EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub

Azərbaycan millisinin futbolçusu Almaniyada komandasını dəyişib

Sabah hava əsasən yağmursuz keçəcək

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək

Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib

İlhamə Qədimova: Fermerlərin 75 faizi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə cəlb edilib

BMT-nin nümayəndəsi: Yəməndə döyüşlər humanitar yardımların çatdırılmasına təsir göstərir

FIFA Qavinin cəzasını qüvvədə saxlayıb

Romada Azərbaycan Milli Musiqi Günü qeyd olunub

Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır

Könül Nəsirova: Milli Musiqi Günü zəngin sənət irsimizə və milli dəyərlərə ehtiramın rəmzidir

Ekspert: Yeni lokomotivlər Azərbaycanın tranzit potensialının artırılmasına mühüm töhfə verəcək

AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək

Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün oktyabrın 2-si imtahan təşkil olunacaq

Mikayıl Mərdinli: Bakı və Abşeronun ruhu Maqsud İbrahimbəyovun əsərlərində cəmləşib

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib

Rəqəmsal dövrdə uşaqların mütaliə problemi və süni intellektin təsirləri: çıxış yolu nədir?

XXI əsrin müəllimi dövrün tələblərinə uyğunlaşmalı və müasir texnologiyaları bilməlidir - ekspert

AMEA əməkdaşlarının “Web of Science” və “Scopus” jurnallarında çap olunan məqalələrinin sayı artıb

Postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 min 300 mənzil verilib

“Qərbi Azərbaycan toponimləri lüğəti”nin II cildi işıq üzü görüb

Muxtar respublikada 24 min 608 aktiv fiziki sahibkarın 6981-i qadındır

İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO VİDEO

İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO VİDEO

Azərbaycan türk dövlətləri arasında koordinasiya mərkəzinə çevrilib - ŞƏRH

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda təmsil olunub

Sarıyoxuş 4 nömrəli kurqanda aparılan arxeoloji tədqiqatlar beynəlxalq mediada

Naxçıvanda qadın sahibkarların sayı açıqlandı

İsmayıl İman: Tamaşanın hər epizodunda Maqsud İbrahimbəyovun tanınan obrazını qorumağa çalışdım

Bu saata olan əsas xəbərlər

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır ŞƏRH

Səbuhi Əhmədov: Cəfərqulu xanın silah kolleksiyası “pazl” prinsipi ilə qurulub

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Hörmüz boğazında gəmi vurulub

NBA-da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib

Nazir müavini: Yeni qanun layihəsi istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm addımdır

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər

Milli Musiqi Gününün növbəti ünvanı Azərbaycan Milli Konservatoriyası olub

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb VİDEO

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb VİDEO

Təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətlərinə dövlət nəzarəti mexanizmləri izah edilib

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb

Seulda Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verilib

İçərişəhərdə Maqsud İbrahimbəyovun əsərlərinin motivləri əsasında immersiv tamaşa təqdim olunub

“Qarabağın və Şərqi Zəngəzurun toponimlərinin izahlı lüğəti”nin I cildi nəşr olunub

Kimya İnstitutunun alimlərindən yeni texnoloji layihələr

Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

Azərbaycanda turizmin inkişafı ilə bağlı AMEA-nın Tədbirlər Planı hazırlanacaq

Azərbaycan Milli Xalça Muzeyinin direktoru beynəlxalq konfransda çıxış edib

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Azərbaycan musiqisi tarixdən gələn möhtəşəm səs

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

Deputat: Heç kəsə tarixi və mədəni irsimizi mənimsəməyə imkan verməyəcəyik

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Timur Abılayev: Azərbaycanla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Qırğızıstan üçün prioritet məsələlərdən biridir - ŞƏRH

Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir

Almaniyada dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət not məcmuəsi nəşr olunub

Taksi sürücüləri üçün imtahanda 1398 nəfər müsabiqə şərtini ödəyib

KOBİA: Sahibkarlar 23 fəaliyyət növü üzrə lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

Azərbaycanın həvəskar idmançıları açıq suda üzgüçülük tarixində iz qoyublar

Kimya İnstitutunun alimləri Azərbaycan-Özbəkistan birgə müsabiqəsində qalib olublar

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib

Azərbaycan cəmiyyəti tarixi yaddaşına, mənəvi dəyərlərinə, ailə ənənələrinə bağlıdır - ŞƏRH

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb

® “Araz” supermarketlərdə innovativ yenilik: Ovuc ilə ödənişlər başlayıb

Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər VİDEO

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər VİDEO

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO