Dövlət İmtahan Mərkəzi tərəfindən may ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb
Bakı, 6 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən may ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, may ayında keçirilmiş imtahanlarda 90 min 706 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 2 milyon 118 min 755 olub. May ayı ərzində 4442 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 148 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 26 min 75, elektron poçt vasitəsilə 3800-dən artıq, sosial şəbəkələr vasitəsilə 4000-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 9651 olub. Abituriyent məsləhət mərkəzlərinə 1600-dən çox müraciət olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:53]
Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin “Mirakıl” şirkəti arasında görüş
- 16.06.2026 [16:45]