Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 120 nəfər ərizə verib
Bakı, 5 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (296 vəzifə) növünə aid olan 322 vakant vəzifənin tutulması üçün yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 5-nə olan məlumata əsasən, müsahibədə iştirak etmək üçün ümumilikdə 120 nəfər qeydiyyatdan keçib. Onlardan 118-i dövlət qulluğu vəzifələrinin B növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələrin, 2-si isə A növünə aid olan vəzifələrin (inzibati icraçı vəzifələr) tutulması üçün müraciət edib. Göründüyü kimi inzibati icraçı vəzifələrdə işləmək istəyənləri sayı daha çoxdur.
Xatırladaq ki, qeydiyyat fevralın 4-dək aparılacaq. Namizədlər saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, ümumilikdə müsahibəyə çıxarılmış 322 vakant vəzifənin 48-i 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 227-si 7-ci təsnifata aid olmaqla, 1-i AB, 25-i AC, 46-sı BA, 249-u isə BB vəzifə qrupuna aiddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [12:12]
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü - FOTOLARDA
- 15.09.2026 [12:09]
Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq
- 15.09.2026 [12:04]
Azərbaycan dili müəllimi: “Zəif şagird” ifadəsini doğru qəbul etmirəm
- 15.09.2026 [11:47]
Bakı Dövlət Universitetində Bilik Günü qeyd olunub
- 15.09.2026 [11:39]
1918-ci il 15 sentyabr: Bakının azad edilməsi tarixinə bir nəzər
- 15.09.2026 [11:05]
Birincilər ilk dərs günündə nələr danışdılar? VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
BDU-da yeni tədris ili başlayıb
- [08:40]
Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub
- 14.09.2026 [23:41]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
- 14.09.2026 [23:30]
Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir
- 14.09.2026 [23:12]
Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək
- 14.09.2026 [22:41]
Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
- 14.09.2026 [22:25]