SİYASƏT


Düşmən Bərdəni kasetli raketlərlə atəşə tutub, ölən və yaralananlar var YENİLƏNİB VİDEO

Bərdə, 27 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobudcasına pozmaqda davam edir. Düşmən oktyabrın 27-də Azərbaycanın Bərdə rayonundakı dinc əhalini hədəf alaraq, yaşayış məntəqələrini mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə atəşə tutub.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 10-dan çox dinc sakin yaralanıb.

Qeyd edək ki, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.

Beləliklə, Ermənistan növbəti dəfə məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.