SİYASƏT


Fransa Azərbaycanlıları Koordinasiya Şurasının videokonfrans formatında görüşü keçirilib

Paris, 15 avqust, AZƏRTAC

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının videokonfrans formatında görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransı giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Fransadakı diaspor üzvlərinin pandemiya dövründəki fəaliyyətini və Ermənistanın iyul təxribatları zamanı Parisdə izdihamlı aksiyalar keçirmələrini müsbət qiymətləndirib. O, Koordinasiya Şuralarının, o cümlədən Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yaranmasının diaspor hərəkatına mütəşəkkillik və dinamika gətirdiyinə diqqəti cəlb edib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Qarabağ" məktəbinin və Azərbaycan–Fransa Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov Şuranın və Fransanın Nant şəhərində yerləşən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” Azərbaycan məktəbinin fəaliyyəti barədə məlumat verib.

Toplantı iştirakçıları görülən işləri müzakirə edib və gələcək planlar, yeni layihələr barədə təklif və rəylərini bildiriblər.

Tədbirdə Fransada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri, diaspor fəalları və ölkəmizin Fransadakı səfirliyinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Komitə sədri Toğrul Zeynalovun əlaqələndirici kimi gördüyü işləri yüksək qiymətləndirib və onun təşəkkürnamə ilə mükafatlandırıldığını bildirib. Videokonfrans Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisinin seçilməsi ilə başa çatıb.

Görüşün sonunda Mehriban Ovçuyeva və Günel Səfərova Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiriciləri seçiliblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.