Futvolley üzrə dünya çempionu: Bakı turnirinə dəvəti məmnuniyyətlə qəbul etdim
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycanda olmaqdan məmnunam. Bakı turnirinə dəvəti böyük məmnuniyyətlə qəbul etdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən futvolley üzrə açıq beynəlxalq turnirdə iştirak edən braziliyalı dünya çempionu Anderson Aquinyo deyib.
Azərbaycanın futvolley komandası haqqında fikirlərini bölüşən braziliyalı idmançı deyib: “Azərbaycan komandasının oyununu ilk dəfə gördüm. Yaxşı komandanız var. Belə beynəlxalq yarışlarda mübarizə aparmaq komandanıza böyük təcrübə qazandırır. Azərbaycan komandasının böyük uğurlara imza atacağına inanıram”.
A.Aquinyo Bakıda beynəlxalq turnirin yüksək səviyyədə təşkil edildiyini, yarışın baş tutması üçün bütün lazımi işlərin peşəkarlıqla həyata keçirildiyini vurğulayıb.
İki gün davam edəcək yarışda dünyanın 8 ölkəsinin komandası mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:43]
Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]