Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirilib

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirilib

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 may tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirilib və daha bir yeni kateqoriya əlavə olunub.

MİDA-dan AZƏRTAC-a bildirilib ki, “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək “ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri” əhatə edəcək. Müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 12.14-cü bəndinə əsasən ümumi təhsil müəssisələrinin aşağıdakı növləri var:

• ibtidai ümumtəhsil məktəbi;

• ümumi orta ümumtəhsil məktəbi;

• tam orta ümumtəhsil məktəbi;

• lisey;

• gimnaziya;

• ümumtəhsil internat məktəbi;

• inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;

• inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;

• xüsusi məktəb;

• xüsusi internat məktəbi;

• inteqrasiya təlimli internat tipli gimnaziya;

• valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;

• digər məktəblər.

Bununla yanaşı, yeni - “ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olunub. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılıb, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib. Sənədlərin siyahısı ilə “www.mida.gov.az” və “www.mida.gov.az/mmc/” internet saytlarının əsas səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Hər iki yeni kateqoriyaya aid şəxslər bu il mayın 12-dən etibarən Elektron İmza və ya “ASAN İmza”dan istifadə edərək “Elektron hökumət” portalında (“www.e-gov.az”) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108” Çağrı mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları”

Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub

Babək rayonunda sahibkarlarla görüş: aqrar sahədə yeni Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib

Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib

® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı

Şuşada Milli Musiqi Günü: Qarabağ Universitetinin kollektivi konsert proqramı təqdim edib

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

Tarixin yaddaşını yaşadan alim: Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

“PAŞA Bank” Naxçıvanda inşa olunan “Şəms-1” Günəş Elektrik Stansiyasına maliyyə vəsaiti ayırıb

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Dövlət Suverenliyi Günü Nizami rayonunda geniş ictimaiyyətin iştirakı ilə qeyd edilib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub

Bu saata olan əsas xəbərlər

Əkiz bacılar: Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan TDT-də həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaşdır - ŞƏRH

Ağcabədidə Milli Musiqi Günü: kitab və rəsm sərgisi, rəngarəng konsert proqramı

“Azərkosmos”da ISO standartları üzrə kənar audit uğurla tamamlanıb

Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən “Tanış yadlar” sərgisini təqdim edib

Robert Mobili: Məqsəd Alban kilsəsini saxtalaşdıraraq erməni kilsəsi adı ilə dünyaya tanıtmaq idi

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

Azərbaycanlı pianoçunun Varşavadakı konserti dinləyiciləri heyran edib

ADPU-CVU Peşəkar İnkişaf Təlimi liderlik dialoqu ilə yekunlaşıb

Sumqayıtda “PeşəFest-2026” layihəsinə başlanılıb

İqlim dəyişikliyi mövzusu nəqliyyat infrastrukturunda mühüm yer tutur - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalında fetal təbabət üzrə master-klas olub

Azərbaycanın Dövlət Suverenliyi: tarixi, hüquqi və siyasi aspektlər -elmi praktik tədbir

Türkiyə Milli Müdafiə Nazirliyi: Birlikdə güclü, birlikdə qətiyyətliyik

Gəncə–Daşkəsən regionunun toponimik sözlüyü hazırlanacaq

Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır

Ailə tipli icmaəsaslı məktəbəqədər təlim qruplarına tərbiyəçi-müəllimlərin qeydiyyatına başlanılıb

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib

Davamlı sülhün təməli etimaddır - MƏQALƏ

Neftçalada dəyəri 5 milyon manat olan dövlətə məxsus müəssisə özəlləşdiriləcək

® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub

Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Saatlıda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti tarixində və peşəkar musiqi sənətinin inkişafında rolu - ŞƏRH

Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

Türk dövlətləri arasında enerji və nəqliyyat dəhlizlərinin inkişafı iqtisadi inteqrasiyanı dərinləşdirəcək- RƏY

Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub

UNEC-də əlilliyi olan tələbələrin beynəlxalq təcrübə imkanları genişləndirilir

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

“Elektroenergetika və bərpaolunan enerji” Standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası olub

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

“Şahdağ” ES-də 5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Kənd Təsərrüfatı Nazirliyində Butik Şərabçılıq Qrupunun ilk görüşü keçirilib

1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

Konstitusiya Məhkəməsi Palatasının iclasında Ali Məhkəmənin müraciətinə baxılıb

Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

Azərbaycan muzeylərinin nadir eksponatları: “Harpoonlog A1” – elektron sistemlərdən xeyli əvvəl dənizçilər qət etdikləri məsafəni necə ölçürdülər?

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir VİDEO

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

GastroFest 2026: İçərişəhərdə dad, musiqi və müxtəlif mədəniyyətlərin rəngarəng görüşü

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

“Tenderyard” rəqəmsal alış-satış imkanlarını genişləndirir

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL-ın təyyarələrində səsləndiriləcək

Tarixçi: Albaniya ərazisində ərəb işğalı ərəfəsində müxtəlif dini inanclar mövcud olub

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalının təfərrüatları bəlli olub

BDU-nun iki layihəsi “QS Reimagine Education Awards 2026” yarışmasında təmsil olunmaq hüququ qazanıb

Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb

AMEA-da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Məni Xankəndiyə bağlayan yurd sevgisi və şəhid qızımın xatirəsidir – Mübarizə Əliyeva

DOST könüllüləri üçün keçirilən təlim proqramının birinci mərhələsi başa çatıb

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Üzeyir Hacıbəylinin 141-ci ildönümü musiqili proqramla qeyd olunub

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib

Ötən il Türkiyədə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 247 milyonu ötüb

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq

Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Erməni tarixşünaslığının Albaniyanın sərhədləri ilə bağlı iddiası qədim mənbələr əsasında təkzib edilir

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb VİDEO

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb VİDEO

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/13/2025 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/9/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb