REGİONLAR


İsmayıllıda İvanovka kəndinin içməli su problemi həll edilib

İsmayıllı, 8 sentyabr, AZƏRTAC

İsmayıllı rayonunun iri yaşayış məntəqələrindən olan İvanovka kəndinin 6 məhəlləsində uzun illərdən bəri davam edən içməli su problemi öz həllini tapıb. Su mənbəyi Xanagah kəndindəndir. İvanovkaya gələn və kənddaxili kəmərlər yeni dəmir boru ilə əvəz olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək bu münasibətlə İvanovka kənd sakinlərini təbrik edib, son dövrlər İsmayıllıda həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verib. Qeyd olunub ki, hazırda bütün yaşayış məntəqələrinin içməli su və təbii qazla təmin edilməsi, yol infrastrukturunun yenilənməsi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Diqqətə çatdırılıb ki, Prezidentin 2021-ci il 6 sentyabr tarixli Sərəncamı ilə İsmayıllının içməli suya ehtiyacı olan beş kəndində subartezian quyularının qazılması üçün vəsait ayrılıb. Bu, dövlət başçısının İsmayıllıya növbəti diqqət və qayğısının nəticəsidir.

Mərasimdə çıxış edən kənd sakinləri Sergey Kazakov, Mixail Riyabin bu işdə əməyi olan hər bir şəxsə öz təşəkkürlərini bildiriblər.

İcra başçısı mərasimdən sonra Sergey və Olqa Kazakovların ailəsində olub.

Qeyd edək ki, işlər rayon icra hakimiyyətinin təşəbbüsü, İvanovka kolxozunun və yerli sahibkarın köməyi ilə daxili imkanlar hesabına görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.