İDMAN


İspaniya La Liqası: "Real Madrid" səfərdə "Deportivo"ya məğlub olub

Bakı, 6 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 6-da İspaniya La Liqasının 8-ci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun gözlənilməz hesabı "Mendizorroza" stadionunda qeydə alınıb. "Real Madrid" klubu səfərdə "Deportivo Alaves" komandasının qonağı olub. Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeganə qolun müəllifi 90-cı dəqiqədə Manu Qarsiya olub.

Madrid təmsilçisinin əzəli rəqibi "Barselona" oktyabrın 7-də doğma meydanda "Valensiya" klubu ilə qarşılaşacaq.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Atletik Bilbao" - "Real Sosyedad" - 1:3

"Girona" - "Eybar" - 2:3

"Xetafe" - "Levante" - 0:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.