DÜNYA


Klarksdeyl meri bu şəhəri tərk edəcək cinayətkarların hərəsinə 10 min dollar ödəməyə hazırdır

Vaşinqton, 22 may, AZƏRTAC

Missisipi ştatındakı Klarksdeyl şəhərinin meri Çak Espi cinayətkarlığa qarşı mübarizədə kreativ üsul təklif edib. O, öz bəyanatında bildirib ki, narkotacirlərin, quldur dəstələrinin üzvlərinin və digər cinayətkarların təzə həyata başlamalarına kömək məqsədilə onların hərəsinə 10 min dollar ödəməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, mer bu vəsaitin həmin şəxslər digər şəhərə köçdükləri halda onlara yardımçı olacağını qeyd edib. O, şəhərin təhlükəsiz olmasından ötrü şəxsi vəsaitini sərf etməyə hazır olduğunu və başqa şəhərə köçən cinayətkarların həyatlarını yenidən qurmaları üçün ilkin olaraq 10 min dollardan başladığını bildirib. Bu vəsait yeni həyata başlayanlar üçün əsas olacaq. Merin fikrincə, ola bilsin ki, cinayətkarların problemi onların pis mühitə düşməsidir və sadəcə onlara öz müsbət cəhətlərini reallaşdırmaqdan ötrü fürsət olan başqa bir yerə getmək üçün şans vermək lazımdır.

Merin fikrincə, yerli biznesmenlər və filantroplar onun təşəbbüsünü dəstəkləyəcəklər. Şəhərdən köçməyi arzulayanlar üçün mer tərəfindən yaradılan yardım fondu şəhərdə cinayətkarlığın səviyyəsinin aşağı salınması məqsədilə hazırlanan planın beş mərhələsindən biridir. Planda bildirilir ki, cinayətkarlar seçim qarşısındadırlar: ya şəhərin tamhüquqlu üzvü olaraq onun rifahı üçün çalışmalı, ya da bu yeri tərk etməlidirlər. Planda dözümsüzlük siyasəti, həyatın qorunması siyasəti, bəraət qazanma və intervensiya proqramı nəzərdə tutulub. Şəhər polisinin şefi 2018-ci il ərzində baş verən qətl hadisələrinin sayının 12-dən bu il 1-ə endirilməsinə nail olduqlarını təsdiqləyib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.