MN: Ermənilər sosial şəbəkələrdə Azərbaycan əsgərinə aidiyyəti olmayan saxta videolar paylaşırlar
Bakı, 15 oktyabr, AZƏRTAC
Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır. Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur.
“Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə tam riayət edir”, - deyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında xüsusi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [11:20]
Pakistan MMU-nun nümayəndə heyəti ölkəmizə səfər edib
- 22.06.2026 [08:51]
MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
- 21.06.2026 [16:54]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.06.2026 [16:25]
DİN-in Hərbi İnstitutunda növbəti buraxılışa həsr olunmuş mərasim
- 19.06.2026 [18:20]
Azərbaycan ilə Türkiyə hərbi logistika sahəsində əməkdaşlığı inkişaf etdirir
- 19.06.2026 [16:34]
Azərbaycan ilə Türkiyə hərbi logistika sahəsində əməkdaşlığı inkişaf etdirir
- 18.06.2026 [18:20]