İDMAN


Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb

Bakı, 26 aprel, AZƏRTAC

Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb. “Qarabağ”ın hücumçusu ən sürətli het-trik müəllifi olub. O, Premyer Liqanın XXIV turunun “Qəbələ” ilə səfər oyununda (5:0) 3 dəqiqəyə üç qol vurub. Mahir 88-ci, 89-cu və 90-cı dəqiqələrdə fərqlənib.

AZƏRTAC xəbər verir ki, Emreli bununla da Nadir Nəbiyevin 15 il əvvəl imza atdığı rekordu yeniləyib. O, 2005/2006-cı il mövsümünün 2006-cı il martın 11-də keçirilən matçında fərqlənib. N.Nəbiyev “Neftçi”nin MOİK-lə ev görüşündə (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.

Qeyd edək ki, 2018/19 mövsümündə iki het-trikə imza atan Mahir Premyer Liqada 3-cü dəfə belə uğurun müəllifi olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.